AFFA millilərlə bağlı siyasətində dəyişiklik edib. Oxu.az saytının məlumatına görə, ötən ilin əvvəlində yaradılan 16, 18 və 20 yaşadək futbolçulardan ibarə yığmalar ləğv olunub. Xatırladaq ki, U-16-nı Azər Məmmədov, U-18-i Zaur Həşimov, U-20-ni isə Rəşad Sadıqov çalışdırırdı. Bu üç milli özündən bir pillə yuxarı yığma üçün futbolçu hazırlamaq üçün yaradılmışdı. Görünür, AFFA həmin strategiyanın faydasız olduğunu anlayıb.
İnformasiyanı dəqiqləşdirmək üçün federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. O, yalnız bu gün məsələylə bağlı dəqiq məlumat verə biləcəyini söylədi.
FARİZ