Bakıda təlim-məşq toplanışında olan 2001-02-ci il təvəllüdlü futbolçulardan ibarət yığma srağagün son yoxlama oyununu keçirib. Samir Əliyevin rəhbərlik etdiyi komanda “Keşlə-2” ilə qarşılaşıb. Oyun millinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rəqib qapısından hər iki topu Məhəmməd Məhərrəmov keçirib. Qeyd edək ki, Əliyevin komandası daha öncə AÇ-nin elit mərhələsinə hazırlaşan U-19-a 1:3 hesabıyla uduzmuşdu.
Bu arada dünən sözügedən komandanın üzvləri Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.