Sizin reklam burada

Tovuzda danışılmış oyunlarla bağlı seminar

Baxış Sayı:458

Tovuzda danışılmış oyunlarla bağlı seminar
Dünən Tovuz şəhər stadionunda 1-ci divizionda mübarizə aparan “Turan Tovuz” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib. UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “danışılmış oyun haqqında nələri bilməliyik?” və “bizim hədəfimiz sizi qorumaqdı” mövzularında mühazirə oxuyub, təqdimatla çıxış edib. Futbolçuların və məşqçilərin sualları cavablandırılıb, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda məlumat vermələri tövsiyə olunub.
Xatırladaq ki, bir müddət əvvəl “Səbail” və “Kəpəz”in üzvləri üçün də belə seminar təşkil olunub. Bu cür maarifləndirici görüşlər başqa klublarla da keçiriləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR