Sizin reklam burada

U-21 “Spartak”la qarşılaşacaq

Title
U-21 “Spartak”la qarşılaşacaq
Ötən sayımızda 21 yaşadək futbolçulardan ibarət yığmanın (U-21) yanvarın 21-dən 24-dək Antalyada təlim-məşq toplanışı keçəcəyini xəbər vermişdik. Təmsilçimiz qardaş ölkədə yalnız məşq etməklə kifayətlənməyəcək. Belə ki, toplanışın son günündə Milan Obradoviçin komandası yoxlama oyununda gücünü sınayacaq. Rəqib Moskva “Spartak”ının əvəzedicilərdən ibarət komandası olacaq. Bu haqda Rusiya təmsilçisinin rəsmi saytı xəbər yayıb. Maraqlıdı ki, AFFA-nın saytında bununla bağlı məlumat yerləşdirilməyib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.