“Neftçi-2” iki yeni futbolçu ilə müqavilə bağladı
Mahmud Qurbanov: “Braliç məşqlərə qatılır, nə deyiriksə, hamısını edir”
Premyer-liqa klubları kimi, birinci divizion təmsilçiləri də hazırda təlim-məşq toplanışındadı. “Neftçi-2” artıq 10 gündü hazırlıq prosesinə başlayıb. Mahmud Qurbanovun yetirmələrinin bir yoxlama görüşündə qüvvəsini sınadığını xəbər vermişdik. Belə ki, paytaxt klubunun “ikincilər”i yanvarın 15-də keçirilən görüşdə MOİK-i 3:1 hesabıyla məğlub etdi. “Neftçi-2” toplanış ərzində daha 3 sınaq matçı keçirməyi planlaşdırır.
Dünən Mahmud Qurbanovla əlaqə saxlayıb, toplanışın gedişi ilə bağlı fikirlərini öyrəndik: “Yanvarın 7-dən təlim-məşq toplanışına start vermişik. Gündə bir dəfə məşq edirik. Hazırda bazada qalırıq və hazırlığımızı “Türk Hava Yolları Futbol Mərkəzi”ndə gerçəkləşdiririk. Bildiyiniz kimi, artıq bir yoxlama oyunu da keçimişik, MOİK-lə qarşılaşmada qələbə qazanmışıq. Komandaya iki yeni oyunçu cəlb etmişik. Biri hücumçu, o biri müdafiəçidi. Bunlar “Sabah”dan ayrılan Əlibəy Məmmədli və Ülvi İbazadədi. Onlarla müqavilə bağlamışıq. Qarşıda daha üç yoxlama oyunumuz var. Yanvarın 19-da “Səbail-2”, 24-də “Şüvəlan”, ayın 31-də isə “Keşlə” ilə münasibətləri aydınlaşdıracağıq. Bununla da təlim-məşq toplanışımız başa çatacaq. Fevralın 8-də isə birinci divizionda qış fasiləsi bitir və biz də növbəti oyunumuza çıxacağıq”.
Məlum olduğu kimi, bu qış “Neftçi”nin əsas komandasından iki futbolçu gedib, 4-ü gəlib. Paytaxt təmsilçisi daha iki futbolçuya özünə yeni klub tapmağı tövsiyə edib. Bunlar Kvame Karikari ilə Slavko Braliçdi. Adı çəkilən futbolçular mövsümün ilk yarısında baş məşqçi Roberto Bordinin etimadını doğrultmadı. Bu üzdən onların hər ikisinin “ağ-qaralar”ı tərk edəcəyi gözləniləndi. Kvame hazırda Küveyt “Əl-Səlmiyə”sində baxışdadısa, Slavko ondan fərqli Bakıdadı. Xorvat futbolçu klub rəhbərliyinə müraciət edərək, əvəzedicilərlə məşq etmək istədiyini, bununla da formasını qorumaq niyyətində olduğunu bildirib. Müsbət cavab alan Braliç “Neftçi-2” ilə birgə, yəni Mahmud bəyin rəhbərliyi altında məşq edir. Ancaq hazırda bu futbolçunun bəzi xarici klublarla danışıq apardığını da vurğuluyaq. Yəqin ki, yaxın günlərdə xorvat oyunçunun “Neftçi”dəki taleyinə aydınlıq gələcək.
Qurbanovdan Slavkonun durumu haqda da soruşduq: “Bəli, Braliç hazırda bizdədi. Deyəsən, hansısa klubla danışıq aparır. Formadan düşməmək üçün komandamızla birgə məşq edir. Normal qaydada hazırlıqda iştirak edir, yoldaşlıq oyununda da şans verdik. Heç bir problem yoxdu. İşinə peşəkar yanaşır. Vaxtında gəlir, məşq edir, gecikmir. Bəzən görürsən ki, əsas komandadan gələn hansısa futbolçu bir qədər fərqli davranır. Ancaq Braliçdə belə davranışın şahidi olmamışıq. Müqavilədə nə yazılıbsa, ona uyğun davranır. Məşqlərə qatılır, nə deyiriksə, hamısını edir. Sadəcə, az öncə qeyd etdiyim kimi, klublarla danışıq aparır, formadan düşmək istəmədiyi üçün isə bizdə məşq edir”.
FARİZ

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər