Sizin reklam burada

Adil Şükürov “Şüvəlan”ı çalışdıracaq

Baxış Sayı:674

Adil Şükürov “Şüvəlan”ı çalışdıracaq
Ötən saylarımızın birində Aqil Nəbiyevin “Şüvəlan”ın baş məşqçisi postundan istefa verdiyini, komandanın köməkçisi Anar Vəliyevin rəhbərliyi altında hazırlığa başladığını xəbər vermişdik. Onu da əlavə etmişdik ki, Vəliyevin təyinatı hələ rəsmiləşməyib. Görünür, gecikmənin səbəbi var imiş. Dünən əldə etdiyimiz məlumat görə, Bakıətrafı qəsəbə təmnsilçisinin “sükanı arxasına” Adil Şükürov gətirilib. Qış fasiləsinə qədər “Zirə”nin aşağı yaş qrupları üzrə əlaqələndiricisi vəzifəsini icra edən PRO kateqoriyalı mütəxssis bundan sonra “sarı-qaralar”ın uğurları üçün çalışacaq. Yeri gəlmişkən, onu da bildirək ki, məhz “Futbol+” olaraq, “Sumqayıt”la “Şüvəlan”arasında yanvarın 11-də keçirilən yoxlama görüşünü izləyənlər arasında Adil bəyin olduğunu xəbər vermişdik və onu da əlavə etmişdik ki, Şükürovun oyunu izləməsi bizə bir qədər təəccüblü gəldi. Sən demə, Adil bəy “kimyaçılar”la görüşdə gələcək komandasını iş başında görmək istəyirmiş.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR