
“Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq
Yanvarın 12-də “Botoşani” ilə sınaq matçı keçirməli olan “Qarabağ” aramsız yağış ucbatından oyunun təxirə salınması ilə barışmalı olmuşdu. Eyni hal növbəti dəfə təkrarlanmasa (dünən yenə fasiləsiz yağış yağıb), ağdamlılar sabah Antalyada ilə oyununa çıxacaq. Rəqibin yayda “Neftçi”ni Avroliqadan kənarlaşdıran “Uypeşt” olduğunu bilirsiz. Macarlarla qarşılaşmanın Bakı vaxtı ilə saat 18.00-da başlaması nəzərdə tutulub. Oyunun keçiriləcəyi məkan isə “Qloriya Sport Arena”dı.
Reynaldonun ardınca Riçard Almeydanı da heyətinə qatan “köhlən atlar” braziliyalı cütlükdən çox şey gözləyir. Hər halda, uzun illər komandanın şərəfini qorumaları hər ikisinin uğurlu ola biləcəyindən xəbər verir. “Qarabağ”ın “feysbuk” səhifəsi Almeyda ilə bağlı maraqlı statistik göstəricini diqqətə çatdırıb. Belə ki, yığmamızın da formasını geyən yarımmüdafiəçi ölkəmizdə çıxış etdiyi 5,5 il ərzində ümumilikdə 237 oyunda ağdamlıların formasını geyib. 50 qola imzasını yazdırdığı halda, 19 dəfə qol ötürməsi müəllifi kimi yadda qalıb.
HƏBİB