Sizin reklam burada

“Ağsu” Şamaxıda meydana çıxacaq

Baxış Sayı:873

“Ağsu” Şamaxıda meydana çıxacaq
Rüfət Quliyev: “Bəziləri hətta Region Liqasına yollanmağı üstün tutur”
Yanvarın 5-dən təlim-məşq toplanışına start verən “Ağsu” artıq birinci mərhələni başa vurub. Yetirmələrini yanvarın 16-dək istirahətə buraxan baş məşqçi Rüfət Quliyev bizimlə söhbətdə fasilə dönəmində düşərgədə baş verən dəyişiklikər barədə da ətraflı məlumat verdi: “Komanda yanvarın 5-də istirahəti başa vuraraq təlim-məşq toplanışına başlayıb. Bu gün isə ilk mərhələsinin sonuncu günü idi. Səhər məşqindən sonra futbolçuları yanvarın 16-na kimi istirahətə buraxdıq. Fasilədə dönəmində 7 oyunçu ilə yollarımızı ayırdıq ki, bu gün onların əvəzinə düşərgəmizə yeniləri qoşulub. Aralarında baxışda olanları da var, artıq anlaşdıqlarımız da. Mövsümün ilk yarısını “Turan Tovuz”da keçirən Qalib Əmrahov, əslən Gəncədən, ancaq “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan soyadını unutduğum Maşallah adlı qolkiper, Tovuz təmsilçisindən Vüsal Mustafayev, “Zaqatala”dan Ceyhun Rəcəbli və “Sumqayıt”ın U-19 komandasından Kənan Əşrəfli ilə danışıqlar yekunlaşıb. Düzdü, hələ onlarla rəsmi müqavilə imzalamasaq da, demək olar ki, mövsümün qalan hissəni “Ağsu”da keçirəcəkləri dəqiqdi. Sadəcə, sabiq klublarından sənədlərini götürməlidilər ki, münasibətləri rəsmiləşdirək və adlarını PFL-ə təqdim edək. Əslində heyəti gücləndirmək üçün bir çox futbolçuyla danışımız olub. Ancaq biz bölgə təmsilçisi olduğumuzdan onlar Bakını rayona dəyişmək istəmirlər. Bəziləri hətta birinci divizionda çıxış edən rayon komandasında oynamaqdansa, Region Liqasında çıxış edən Bakı klublarına yollanmağı üstün tuturlar”.
Komandasını istirahətə buraxan Quliyev toplanışın ikinci mərhələsini də eyniadlı rayonda, öz bazalarında keçirəcəklərini bildirdi: “Yuxarıda qeyd etdiyim kimi, yanvarın 16-dan kollektiv yenidən Ağsuda toplaşacaq. Bu dəfə də toplanışı öz bazamızda keçməyi planlaşdırmışıq. Ordakı şərait bizi tam qane edir. Futbolçuların qalması və yüksək səviyyədə qidalanması üçün hər şərait var. Toplanışın ikinci mərhələsində 3 yoxlama görüşü keçirməyi düşünürük. Artıq iki rəqibimizin adı da məlumdu. Yanvarın 19-da öz meydanımızda “Kəpəz”lə qarşılaşacağıq. 23-də isə Şamaxıda “Sabah-2” ilə üz-üzə gələcəyik. Bildiyiniz kimi, Vasif Haqverdiyevin baş məşqçi olduğu kollektiv toplanış üçün Şamaxını seçib. Sonuncu oyunumuzu yanvarın 27-də keçirmək istəyirik. Lakin hələ həmin tarix üçün rəqib müəyyənləşməyib və bu yöndə axtarışlarımız davam edir. Ola bilsin, bu məqsədlə Bakıya gəldik və paytaxt klublarının biri ilə görüşdük. Çalışacağıq fasilədən sonra qarşılaşacağımız “Zirə-2” ilə matça qədər komanda hazır vəziyyətdə olsun. Transfer çalışmalarımız da davam edir. Ortaq məxrəcə gəldiklərimizlə yanaşı, daha 3-4 oyunçu ilə güclənmək istəyirik”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR