Hollandiyanın ikinci liqasında 20-ci turun oyunları keçirilib. U-21-in üzvü Ziya Əzizovun formasını geydiyi “Neymegen” səfərdə "Eyndhoven"lə qarşılaşıb. Qonaqlar 2:3 hesablı məğlubiyyətlə üzləşib. Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. “Neymegen” hazırda 25 xalla 15-ci pillədə qərarlaşıb.
Bu arada Ramil Şeydayevli “Krılya Sovetov” qış hazırlıq planı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıb. Rusiya klubunun rəsmi saytının məlumatına görə, toplanış yanvarın 27-dək davam edəcək. Samara təmsilçisinin baş məşqçisi Miodraq Bojoviç BƏƏ-yə 26 oyunçu aparıb. Yığmamızın üzvü Ramil Şeydayev və yeni transfer Aleksandr Səmədov da toplanışa gedən futbolçular arasında yer alıb. “Krılya Sovetov” BƏƏ-də 2 yoxlama oyunu keçirəcək. Samaralılar Slovakiya "Jilina"sı və Latviya "Riqa"sı ilə qarşılaşacaq. "Jilina" ilə matç yanvarın 22-də, növbəti qarşılaşma isə ayın 26-da baş tutacaq. Qeyd edək ki, Şeydayev 2017-ci ildə icarə əsasında "Jilina"da çıxış edib. O, Slovakiya təmsilçisinin heyətində ölkə çempionluğunu da qazanıb. Samara təmsilçisi toplanışın ikinci və üçüncü mərhələsini Türkiyədə keçirəcək. "Krılya Sovetov" 31 yanvar - 13 fevral və 17 - 28 fevral aralığında qardaş ölkədə olacaq.