Komitə üzvləri Obradoviçi təriflədilər
“Xorvatiya, İspaniya, Portuqaliya, Serbiya kimi ölkələrdən olan məşqçilər namizəd idi”
Ötən cümə günü U-21-də baş məşqçi təyinatı gerçəkləşdi. Məşqçilər Komitəsinin (MK) tövsiyəsinə uyğun olaraq, gənclər yığması Milan Obradoviçə tapşırıldı. Bildiyiniz kimi, AFFA-nın Rəşad Sadıqovla işbirliyinə xitam verməsindən sonra sözügedən millinin baş məşqçi postu boş qalmışdı. Əslində serb mütəxəssisin təyinatı gözlənilən idi. Hələ ötən ilin sonunda MK federasiya rəhbərliyinə məhz onu tövsiyə etmişdi. Lakin sonradan Obradoviçin AFFA-nın təklif etdiyi şərtlərlə razılaşmadığı haqda söz-söhbət yayıldı. Ancaq görünür, bütün bunlar əsassız imiş və artıq U-21-in “sükanı arxasında” serbiyalıdı. Məşqçilik karyerası 2014-cü ildən başlayan 42 yaşlı mütəxəssis PRO kateqoriyasına sahibdi, ölkəsində aşağı yaş qrupları üzrə millilərdə iş başında olub, hətta son iki ildə əsas yığmada köməkçi funksiyasını yerinə yetirib.
Təyinatın gerçəkləşməsində məhz MK-nın tövsiyəsi əsas götürüldüyündən, komitə üzvlərinin fikirlərini öyrənməyi lazım bildik. Onu da qeyd edək ki, Obradoviçlə müqavilənin imzalandığını əks etdirən şəkildə MK üzvlərindən biri - Ağasəlim Mircavadov yox idi. Əldə etdiyimiz məlumata görə, təcrübəli mütəxəssis bir həftədi xəstədi və məhz buna görə məlum fotoda yer almayıb. Serb məşqçinin təyinatı ilə bağlı MK-dan Şahin Diniyev və Vaqif Sadıqovla danışdıq. Fürsətdən yararlanıb onlara baş məşqçisi hələ bəlli olmayan əsas yığma və digər millilərlə bağlı durum haqda da sual ünvanladıq.
Şahin Diniyev: “Açığı, U-21-lə bağlı çox görüşlərimiz oldu. Namizədlər yetərincə idi. Xorvatiya, İspaniya, Portuqaliya, Serbiya kimi ölkələrdən olan məşqçilər namizəd idi. Dəqiq sayı demək, ad çəkmək etik cəhətdən doğru deyil. Ancaq olduqca çətin seçimin sonunda Milan Obradoviçi fərqləndirdik. Çünki bu məsələyə çox ciddi yanaşmaq lazım idi. Bilirik ki, problemlərimiz var. Onu da anlayırıq ki, həmin problemləri qısa zaman ərzində kim gəlsə, düzəldə bilməyəcək. İddiası, öz proqramı, yanaşma tərzi ilə mentallığa yaxın bir insan olmalıydı, çatışmazlıqları başa düşməliydi, burda yaşamalıydı. Bütün bunların hamısı nəzərə alınmalıydı. Bir sözlə, meyarlar çox idi. Elə günümüz olurdu ki, 4 nəfərlə görüşümüz baş tuturdu və müzakirələr saatlarla davam edirdi. Suallarımız olurdu, həm bizi, həm də namizədi maraqlandıran məqamlar var idi. Hər şey üst-üstə düşməliydi. Dediyim kimi, biz də öz problemimizi, harda çatışmazlıqların olduğunu bilirik. Ona görə də biz tərəfdən yoxlayıcı suallar vermək asan idi. Özümüzdə müəyyən etməliydik ki, namizəd məşqçi buna nə dərəcədə hazırdı. Çətin işdi. Deyək ki, “hazır komandadı, məşqçinin öz sistemi var və müəyyən bacarığının olması yetərlidi” kimi hər şey asan deyil. Tək məşqçi kimi yox, insani keyfiyyətləri və yanaşma tərzi də önəmlidi. Bütün bunların hamısı Obrodoviçin üzərində dayanmağımıza səbəb oldu. Deməzdim ki, onun “sehrli çubuğ”u var və hər şey birdən-birə gözəl olacaq. Ancaq ən soyuq başla yanaşan, mentallığımıza yaxın olan bir namizəd idi. Bundan başqa, məşqçi kimi keçdiyi karyeraya da nəzər saldıq. Həm aşağı yaş qrupu üzrə millilərdə, həm də əsas yığmada çalışıb. Bizə xeyir verə biləcək mütəxəssisdi. Ən real namizəd bu oldu və hər iki tərəfin fikirləri üst-üstə düşdü. Qarşısına qoyulan hədəf? Gəlin, bu məsələləri qarışdırmayaq. Məşqçilər Komitəsinin işi ondan ibarət idi ki, peşəkar cəhətdən layiq olan birini tövsiyə edək. O ki qaldı maliyyə və qarşıya qoyulan məqsədə, bu artıq federasiya ilə məşqçi arasında həll olunan məsələlərdi. Biz Obrodoviçi layiq gördük və tövsiyə etdik. Fikir mübadiləsi apardıq, suallarımızı verdik, onun düşüncələrini öyrəndik, təkcə futbolun üzərində dayanmadıq, hər cəhətdən məşqçini tanıdıq. İstənilən çalışdırıcının insani keyfiyyətləri də önəmlidi, onun futbolçulara yanaşması çox vacibdi. Oyun sistemindən başqa, nə etmək istədiyini, fikirlərini də dinlədik. Ola bilərdi ki, biz tövsiyə edək, ancaq federasiya ilə maliyyə və ya başqa şərtlərdə razılıq əldə olunmasın və müqavilə bağlanmasın. Son söz AFFA rəhbərliyinin idi. Çünki müqavilə başlayan tərəflər federasiya və məşqçidi. Bizim işimiz namizədi tam araşdırıb, bizə nə dərəcədə xeyir verəcəyi haqda məlumat vermək idi... Digər yığmalara gəlincə, bu fikirlə razıyam ki, gecikirik. Bunu biz də anlayırıq. Sadəcə, tələsik hansısa sonu yaxşı olmayan qərar verməkdənsə, bir qədər gec, ancaq yaxşı qərar vermək daha yaxşı olardı. Elə bu baxımdan U-21-in məşqçisini seçərkən nə qədər mərhələdən keçdik. Sırf mənim fikrimə görə uğurlu seçim oldu. Qalan millilərlə bağlı seçim də barmaqarası olmamalıdı. Daha dərindən düşünməliyik, nəticədə o qərarın arxasında biz də varıq. Təkcə gələn məşqçinin yox, ölkə futbolunun taleyini düşünməliyik. Qərar çox vacib olacaq. Hələ ki müzakirələr davam edir. Yəqin ki, bu yaxınlarda həmin məsələyə də nöqtə qoyulacaq. Həm əsas, həm də U-17 ilə bağlı çox fikirlər səslənə bilər. Ancaq hər hansı qərar qəbul olunmayıb. Nəsə olsa, dərhal məlumat veriləcək”.
Vaqif Sadıqov: “Bir neçə məşqçi ilə görüşüb söhbətləşdik. Onlar arasından Obrodoviçi tövsiyə etdik. AFFA rəhbərliyi də həmin məşqçi ilə razılığa gəldi. Futbolçu kimi zəngin karyeraya malik biridi, məşqçi fəaliyyəti də qeyd olunmalıdı. İnkişafa doğru addım atmaq bacarığını işi ilə sübut edib. Bu da gələcəyə ümidlə baxmağa əsas verir. Hamımız bilirik ki, iş asan, rahat deyil. U-21 əsas yığmanın ehtiyat qüvvəsidi. Onu çalışdırmaq, hazırlamaq xeyli güc tələb edir. Tək əldən səs çıxmadığını hər kəs bilir. Kimsə düşünsə ki, Obrodoviçin gəlişi ilə hər şey bir anda düzələcək, elə olmur. Hamımız istəməliyik, çalışmalıyıq ki, futbolumuz, yığmalarımız güclü olsun. İstəyirik ki, müasir futbolla ayaqlaşan millimiz olsun. Hansı ki, həmin yığma gələcəyə nikbin baxmağa ümid versin. Həmçinin U-21-də əsas yığmaya oyunçular yetişsin, gəlsin. Təbii, yaxşı nəticələr fonunda qalib psixologiyasının formalaşması da önəmlidi. Köməkçiləri ilə bağlı seçimi Obrodoviç özü edəcək. Bu haqda açıqlamasında da deyib ki, onlar arasında həm yerli, həm də əcnəbilər olacaq. Öz tanıdıqları yardımçılarını gətirəcək, yerlilərin hər biri ilə fərdi söhbət etdikdən sonra seçim edəcək... Qalan yığmaların başqa məşqçilərinə gəlincə, hələ ki bir yenilik yoxdu. Çox güman, qarşıdakı günlərdə həmin millilərlə bağlı məsələlərə də aydınlıq gələcək. İş davam edir”.
FARİZ

Son xəbərlər

Yunan-Roma güləşində yeni rekord

"Barselona"nın futbolçusu "Mançester Yunayted"də

"Qarabağ"ın səhmləri satışa çıxarıldı

Millimiz Andorraya uduzdu

"Qarabağ" ikinci yoldaşlıq oyununda da bərabərə qaldı - YENİLƏNİB

Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazandı

Paralimpiyaçılarımızdan daha 4 medal

Güləşçimiz Avropa çempionatının finalında

"Çelsi" Rafinyanı transfer edir

Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib

"İstədiyimiz oyunçuların komandaya qoşulacağına inanıram" - Elmar Baxşıyev

"Qalatasaray" məşhur hücumçunu transfer edir

"Barselona" Levandovski üçün israrlıdı - Məbləği artırdı

"Qarabağ"ın oyunundan fotolar

"Zirə" məğlub oldu - YENİLƏNDİ

Lanqle İngiltərəyə gedə bilər

Region Kubokunun qalibi bəlli oldu - YENİLƏNDİ

"Qəbələ"nin sabiq üzvünün yeni klubu bəlli oldu

“Turan Tovuz” üçün şad xəbər: 1-i gəldi, 3-ü yoldadı

"Sumqayıt"da "yarpaq tökümü" davam edir: bu dəfə idman direktoru getdi

"Neftçi" ilə 2 illik müqaviləyə imza atan Regekampf indi də ...

"Cavab matçını evdə keçirməyimiz yaxşıdı" - Veşoviç

"Qarabağ" Almaniya klubu ilə bacarmadı - YENİLƏNİR

"Lex" heyətini gücləndirdi

"Turan Tovuz" "Neftçi"dən bu futbolçunu icarəyə götürdü

Portuqaliya Azərbaycana rəqib oldu

Baş məşqçi israr edir, Türkiyə klubu Ovusudan əl çəkmir

Transfer dosyesi - YENİLƏNİR

"Sabah"ın daha bir üzvü "Turan Tovuz"da

"Tam hazır olmasaq belə, döyüşəcəyik" - "Aris"in baş məşqçisi

Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi başa çatıb

"Qarabağ"ın rəqibində gərginlik: baş məşqçi narazıdı

Kişilərdən ibarət milli komanda təlim-məşqlərə start verdi

"Neftçi" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

"Sabah"ın üzvü "Turan Tovuz"da - RƏSMİ

“Qəbələ”nin rəqibi təcrübəli hücumçusunu itirdi

"Sabah" qapıçı problemini necə həll edəcək? - AÇIQLAMA

"Bu hazırlığın faydasını gələcək oyunlarda görəcəyik" - Millinin baş məşqçisi

Krivotsyuk "Visla"ya lazım olmadı

Mahir Emreli oyunundan narazıdı

"Qarabağ"ın rəqibinin ilk qələbəsi

Azərbaycan Maltaya uduzdu

Mahir Emreli fərqləndi, "Dinamo" darmadağına sevindi - VİDEO

''Yuventus'' Türkiyə yığmasının forvardı ilə maraqlanır

Favr “Nitsa”ya qayıtdı, Qaltye isə Parisə yollanır

Bütün xəbərlər