Riçard Almeydanın “Qarabağ”a dönüşündən sonra yarımmüdafiəçilərdən kim(lər)insə komandasını dəyişmək həvəsinə düşəcəyi gün kimi aydın idi. Və həmin futbolçunun adına aydınlıq gəlib. Bu, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən, 2015-dən “Qarabağ”ın formasını geyən Coşqun Diniyevdi. Qurban Qurbanova müraciət edən 23 yaşlı futbolçu komandadan ayrılmaq istəyini dilə gətirəndən sonra onunla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.
Artıq yeni iş yeri də məlumdu. Diniyev “Sabah”la 3 illik müqaviləyə qol çəkib. Təmkin Xəlilzadə ilə 2, Rəşad Eyyubovla 2,5 illik anlaşan “tələbələr”in uzunmüddətli müqavilələrə qol çəkdirməsi maraqlıdı. Daha bir maraqlı məqam isə Şahin Diniyevin oğullarının – Kərimlə Coşqunun peşəkar səviyyədə ilk dəfə eyni komandanın şərəfini qoruyacağıdı.
HƏBİB