Sizin reklam burada

“Şüvəlan” Tural Qürbətovla güclənib

Baxış Sayı:513

“Şüvəlan” Tural Qürbətovla güclənib
Növbəti rəqiblər əvəzedicilərdi
“Şüvəlan”ın hələ təsdiq olunmayan baş məşqçisi Anar Vəliyev də suallarımızı cavabladı.
- Komandanız ilk yoxlama görüşündə böyük hesabla məğlub oldu. Matçla bağlı fikirlərinizi bilmək istərdik.
- İndiki vəziyyətimizdə bizə nəticə maraqlı deyildi. Komanda hazırlığa yeni başladığından məğlubiyyət gözlənilən idi. Baxışa yeni futbolçular dəvət etmişik. Onların da nəyə qadir olduğunu görmək istəyirdik. Birinci hissədə pis oynamasaq da, fasilədən sonra səviyyə fərqi özünü göstərdi. Biz division klubuyuq, “Sumqayıt” isə elita. Ümid edirəm ki, fasilə müddətindən maksimum yararlanıb, komandanı çempionata hazır vəziyyətə gətirə biləcəyik.
- Divizion komandalarının, demək olar ki, hamısında limitlə bağlı problem var. Bəs sizdə bu yöndə vəziyyət necədi?
- Divizion komandalarının hamısında eyni problem yaşanır. Heç bir klub rəsmisi və ya baş məşqçisi deyə bilməz ki, limitlə bağlı çətinlik çəkmirik. Premyer-liqa klublarının ikinci komandalarında bu yöndə heç bir problem yoxdu. Çünki hər birinin müxtəlif yaş qrupları üzrə komandaları var. Və lazım olanda ordan futbolçu cəlb edib oynada bilirlər. Bizdə isə bu yoxdu. Ordan-burdan limitə düşən futbolçu tapmalıyıq. Onların sayı isə o qədər də çox deyil. Seçilənləri heç bir klub kənara buraxmaq istəmir. Çətinliklə olsa da, fasilə dönəmində bir neçə gənc oyunçu tapmışıq, yaxın günlərdə də baxışa gələnlər olacaq. Onların arasından seçim edib, ən yaxşılarını komandaya cəlb edəcəyik.
- “Şüvəlan”nın maliyyə durumu necədi? Futbolçular vaxtında maaş ala bilir?
- Bu yöndə heç bir çətinliyimiz yoxdu. Bizdə maaş hər ayın 5-10-u aralığında olsa da, dekabrda bu ayın da əməkhaqqı verilib.
- Təlim-məşq toplanışını Bakıda keçirəcəksiz, yoxsa paytaxtdan kənara çıxmaq variantı da var?
- Klubun gözəl bazası var və toplanışı da orda keçirəcəyik.
- Növbəti yoxlama görüşlərindəki rəqiblər bəllidi?
- Yanvarın 20-də “Sabah-2”, 24-də “Keşlə-2” ilə qarşılaşacağıq.
- Fasilə dönəmində kiminləsə anlaşmısız?
- Bu günə kimi yalnız Tural Qürbətovla müqavilə bağlamışıq. Limitə düşən 4-5 futbolçu da bizimlədi. Lakin onlarla bağlı son qərar hələ verilməyib.
- Bəs sizin təyinat nə vaxt rəsmiləşəcək?
- Hələ ki bu haqda hansısa xəbər yoxdu.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR