
Kubok sürprizlərlə başladı
Xəbər verdiyimiz kimi, dünən futzal üzrə ölkə kubokunda 25-ci mövsüm start götürdü. “Olimpik Star”da baş tutan 1/32 final mərhələsinin ilk oyun günündə 4 oyun keçirildi. Nəticələrə keçməzdən əvvəl qeyd edək ki, reqlamentə görə ilk mərhələdə birinci və ikinci liqa təmsilçiləri mübarizə aparır. 36 komanda 18 cüt formalaşdırıb ki, növbəti mərhələdə güclülər püşkə əsasən yenidən “ələnəcək”. 1/16 finalın 9 qalibinə 1/8-də yüksək liqanın 7 komandası da qoşulacaq. 1/16 final mərhələsinin püşkü gələn həftə atılacaq. Bu mərhələnin görüşləri isə yanvarın 26-27-nə təyin olunub.
Dünənki nəticələrə gəlincə, U-19 gözlənilmədən ikinci liqanın ortabablarından olan "Advokat"a uduzaraq mübarizəni ilk mərhələdə dayandırıb. "Birincilər"dən "Şərq" də ikinci liqa təmsilçisi ilə bacarmayıb. Daha doğrusu, "Borçalı" darmadağına imza atmaqla təəccübləndirib. "Green Log" və ADBTİA da 1/16 finala adlayıb.
11 yanvar
Green Log - Baker Tilly 2:1
Fuad Cəfərov, 5. Sahib Namazov, 14 - Yadulla Əmirəliyev, 20.
U-19 – Advokat 3:4
Rauf Rüstəmov, 10; 13. Nurlan Mehdizadə, 18 - Elvin Şirinli, 4; 14. Ceyhun Şirinli, 6; 24.
Şərq – Borçalı 2:16
Adəm Ağabalayev, 8. İbrahim Rəsulov, 28 - Abid Qasımov, 2; 11. Orxan Gülməmmədli, 4. Polad Kərimov, 10; 17; 25; 28. Rafiq Yolçuyev, 12. Roman Xıdırov, 12; 14; 20; 21. Famil Hümbətov, 18; 29. Asif İsmayılov, 18. Orxan Qəhrəmanov, 21.
ADBTİA - Baker Hughes 9:2
Mirmehdi Rzayev, 4; 6; 30. Rüstəm Rüstəmli, 15; 27. Emin Cəbrayılov, 16; 18. Namiq Quliyev, 21. Əbdül Əliyev, 26 - İlqar Səlimov, 16; 30.
Mərhələnin qalan oyunları bu gün və sabah keçiriləcək:
12 yanvar
18.00 Baku Fire - Baku Fire-2
19.00 Baku Fans – Dalğa
20.00 Sovetski – Mübariz
21.00 Abşeron - Təbriz
22.00 Yasamal-B – Hövsan
13 yanvar
12.00 Çinar Cəbrayıl – Avanqard
13.00 Ulduz - Gənclik
14.00 Gilan Construction – SAB
15.00 Xəzər Astara - Atletiko Baku
16.00 Füzuli - Bədr Xocalı
17.00 Zəngilan - Bibi - Heybət
18.00 AZMİU - Rəvan
19.00 Metropoliten – Obolon
20.00 Standard - STAR karqo
Yeri gəlmişkən…
Əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. “Neftçi” hamıdan çox – 6 dəfə kuboku başı üzərinə qaldırıb. "Araz” 5 dəfə bu mükafata sahib olub. Digər kubok sahiblərindən "Ekol" 3, “Avtomobilçi”, “Azərneftyanacaq” və “Gömrükçü” hərəyə iki dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor, “Turan AİR”, “Fənər” və “Marafon” kubok qazanıb. Maraqlıdı ki, kubokun son qalibi, eləcə də finalçı komanda cari mövsümdə iştirak etmir.
1994/95 Neftçi
1995/96 Neftçi
1996/97 Avtomobilçi
1997/98 Avtomobilçi
1998/99 Nabspor
1999/00 Azərneftyanacaq
2000/01 Azərneftyanacaq
2001/02 Gömrükçü
2002/03 Gömrükçü
2003/04 Turan AİR
2004/05 Araz
2005/06 Araz
2006/07 Araz
2007/08 Araz
2008/09 Araz
2009/10 Neftçi
2010/11 Ekol
2011/12 Ekol
2012/13 Neftçi
2013/14 Neftçi
2014/15 Fənər
2015/16 Ekol
2016/17 Neftçi
2017/18 Marafon