"Proyssen"in çalışdırıcısı Marko Antverpen yerli mətbuata açıqlama verib. Baş məşqçi çempionatdan danışıb, milli komandamızın forvardı Rüfət Dadaşovun da adını çəkib: "Eksperimentlərə vaxtımız yoxdu. Yanvarın sonlarında çempionatın ikinci dövrəsi start götürəcək. "Bayer-04" və "Fortuna" ilə iki yoxlama görüşü nəzərdə tutulub. Yəni eksperiment aparmaq üçün münasib vaxt deyil. Kifayət qədər yaxşı kollektivimiz var. Heyətin özəyini mövsümün əvvəlindən qurmuşuq. Xüsusən də müdafiəçilər Ole Kittner, Lion Şvers, yarımmüdafiəçilər Rene Klinqenburq, Kevin Pires Rodriges və hücumçu Rüfət Dadaşov aparıcı oyunçularımızdı. Yanvarın 26-da yeni ilin ilk rəsmi qarşılaşmasında "Karl Zeys Jena"nın qonağı olacağıq. Artıq həmin görüşün heyətini beynimdə qurmuşam. Yoxlama görüşlərində isə başqa oyunçulara özlərini göstərmək üçün çox şans verəcəm".
FARİZ hazırladı