• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

Cadu, ah-nalə, “göz”, yoxsa nə?

12 yan, 19 - 15:30667

Fasilə dönəmindən yeni çıxmışıq deyə, nisbi sakitlikdi. Qaynaşma, çaxnaşma, ağlaşma, hər nə varsa, hamısına ara verilib. Amma bir məqam var ki, bu məni xeyli vaxtdı düşündürür. “Neftçi”nin başına gələnləri deyirəm. Çempionata uğurlu başlayan, “Qarabağ”ın Avroliqanın qrupunda oynadığı dönəmdə rəqiblərin daşını daş üstə qoymayan bakılılar kiminsə, nəyinsə qurbanı olmaqdadı. Dekabrın 1-dən bu yana baş verən proseslərə və olaylara diqqət edək.
Ötən ilin son ayının ilk günü. Masazırın “Əlincə Arena”sında “Sabah”ın qonağı olan Bordinin yetirmələri artıq ilk hissənin ortalarında Tural Axundovun meydandan qovulması ilə azlıqda qalmışdı. Buna baxmayaraq, fasiləyə hesabda üstün yollanmaq mümkün olmuş, ikinci yarıda Marko Deviçin fərqi azaldan qolu, çox keçmədən Baqali Dabonun qırmızı vərəqə alması oyunun tempini bir az da artırmışdı. Meydan sahiblərinin cəhdlərinə baxmayaraq, yekunda 3 xalı “Neftçi”lilər evlərinə aparmışdı.
Amma həmin gün “Əlincə Arena” qələbə yox, savaş meydanını xatırladırdı. Oyunun gedişində və bitimində qonaq azarkeşlərin hakimləri və “Sabah”lıları küçə söyüşlərinə “qonaq etməsinin” üstündən dəqiqələr keçməmiş ölkənin ən köklü klubunun idman direktoru Ceyhun Sultanovun mətbuatda özündə çarpıcı sözləri əks etdirən müsahibəsi dərc olundu. İntizam Komitəsi iclasda müsahibəyə görə Sultanova 10 oyunluq cəza kəsdi, klubu 16 min manat məbləğində cərimələdi. Sonrada cəza və cərimə yarıbayarı azaldılsa belə, qələbənin dadını çıxarmaq istənilən halda mümkün olmadı.
Həmin ayın 9-u. Yenə çempionat oyunu, bu dəfə 14-cü tur, rəqib “Sumqayıt”, məkan isə “Bakcell Arena”. Oyuna itkilərlə çıxan “ağ-qaralar” “Qarabağ”la xal fərqinin “əriməməsi” üçün meydanda can qoymalı, bir həftə əvvəl Masazırda yaşananların və məlum qərarın cavabını baxımlı oyun, layiqli nəticəylə verməliydi. Alınmadı. Ağıllı müdafiəsi və təhlükəli əks-hücumları ilə diqqəti çəkən “kimyaçılar” özlərinə hava-su kimi lazım olan 1 xalı qazanmağa nail oldu. Bu heç-heçə “Qarabağ”la 5 xallıq fərqin 3-ə enməsi demək idi.
Premyer-liqanın ilk yarısı başa çatır. Növbədə kubokun 1/4 final mərhələsinin oyunlarıdı. Tərslikdən məkan yenə “Bakcell Arena”, rəqib yenə “Sumqayıt”. Bakılılar hələ oyun başlamamış, bir gün əvvəl – dekabrın 14-də ilk zərbəni alır. “Əlincə Arena”da yaşananlara görə “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunur. Dindirilir və sərbəst buraxılır.
Qrupun azarkeşləri etiraz və ehtiyat olaraq “Sumqayıt”la hər iki oyunda komandalarına dəstək verməkdən boyun qaçırırlar. “Neftçi” çoxlarının gözləmədiyi halda özündən qat-qat zəif rəqibinə 0:2 hesabı ilə məğlub olur. Cavab matçına olan-qalan ümidlər isə dekabrın 19-da “Kapital Bank Arena”nın yeni döşənmiş qazonunda dəfn olub, torpağa tapşırılır. Hədəfləri yüksək olan “ağ-qaralar” qalibi olmaq istədiyi iki yarışın birindən əlini üzür. 2018-dəki oyunlar qurtarır və hamı istirahətə yollanır.
Yeni ilin ilk günləri. Gündəmdə yenə “Neftçi”di. Budəfəki olay meydanda yaşanmır. Heç tribunalıq da bir şey yoxdu. Hadisə Tbilisi prospektində yerləşən hündürmərtəbəli binada yaşanır. Xüsusi hazırlıqlı oğrular yeni ilin ilk günlərində binanın damından öncə 19-cu, daha sonra 11-ci mərtəbəyə soxularaq soyğunçuluq edirlər. 11-ci mərtəbədəki mənzildən pul, qızıl-zinət əşyaları və qadın şubası oğurlandıqdan az sonra məlum olur ki, qarət olunan ev Ceyhun Sultanova məxsus imiş. Bəli, düz bir ay əvvəl İntizam Komitəsinin pul cəriməsi kəsdiyi həmin Sultanova.
Ağır dərddi, çox ağır. Bir ayın içində “Sumqayıt”la oyunda 2 xal itirmək, bir neçə gün sonra azarkeşlərini də itirmək təhlükəsi ilə üzləşmək, kubokdan əlini üzmək, idman direktorunun cəza və cəriməyə layiq görülməsinə, bir ay sonra evinin soyulmasına şahidlik etmək – bütün bunlar boşuna ola bilməz. “Neftçi”yə ya göz dəyib, ya da kimsə əməl edib. Odu ki, fasilə müddətindən yararlanıb problemi üzə çıxarmaq lazımdı. Bordin komandanı gizlədə bilər, amma cadunun, “göz”ün, ah-nalənin gizli qalmasına əsla razı olmaq olmaz.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Çempion sona 6 tur qalmış fərqi artırdı
backend
“YAŞAT turu”nda “Neftçi” liderliyə yüksəldi
backend
“Neftçi” – “Qarabağ”: faktlar bakılıların xeyrinə işləyir
backend
“Qarabağ” “Neftçi” üçün heç nə qoymadı
backend
“Səbail”də mükafat davası
backend
Gənc məşqçilər Bordinin başına oyun açır
backend
"Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu
backend
Heç nəyi dəyişməyən tur
backend
Zirvədə ikihakimiyyətlik yarandı
backend
Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər
backend
“Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər
backend
"Neftçi" vahid liderliyə yiyələndi
backend
“Ağsu” 9 nəfərlə 2 qol vurdu, məğlubiyyətdən qaça bilmədi
backend
Sabiq "Neftçi"lilər "Neftçi"yə qarşı
backend
Turun statistikası
backend
“Qəbələ”: bir olsun, pir olsun!
backend
Bordin “Forza Neftçi”yə hədiyyə edə biləcəkmi?
backend
Turun statistikası
backend
"Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı
backend
2018-in son turunda “qütblərarası savaş”
backend
Olaylar və qollar ilə zəngin nəhs tur
backend
“Əlincə savaşı”nı “Neftçi” qazandı
backend
“Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb
backend
Üçgünlük tur “qış çempionu”nu müəyyənləşdirə bilər
backend
Turun statistikası
backend
7 turdan diqqəti çəkən 7 məqam
backend
Londonla Masazırın fərqi
backend
Nazim Süleymanov Samir Abasova yerini göstərdi
backend
“Sumqayıt” yenə geridönüş etdi
backend
“Sabah” iki oyun keçirəcək
backend
“Neftçi” fasiləyə zirvədə yollandı
backend
İkinci tura qol “yağdı”
backend
“Sabah” Masazırda “Sumqayıt”a uduzdu
backend
“Sabah” gücünü əvəzedicilərinə göstərdi
backend
Əfəllər...
backend
“Sabah” layiq olmadığı məğlubiyyətə üzüldü
backend
“Araz-Naxçıvan”ın hegemonluğu davam edir
backend
“Qarabağ” yenə fərqi artırdı
backend
“Sabah” “Əlincə”yə üz tutacaq
backend
Klublar “İnter Arena”, ADBTİA və “Əlincə”nin stadionunda oynamayacaq

GÜNÜN XƏBƏRİ

backend
"Turan Tovuz"un baş məşqçisi bəlli oldu
17 may, 22 - 19:50221

XƏBƏR LENTİ

Pley-offun ilk mərhələsinin qalibləri müəyyənləşdi
20:4717 may
“Yenidən dünyaya gəlsəm, yenə futbolçu olmağı seçərdim” - MÜSAHİBƏ
20:1917 may
Fabreqas qəti qərara gəlib
19:5417 may
"Turan Tovuz"un baş məşqçisi bəlli oldu - ÖZƏL
19:5017 may
Mahir Emreliyə Xorvatiya çempionu olduğu üçün medal veriləcək? - ARAŞDIRMA
19:3717 may
Bütün fransalı legionerləri qabaqladı
19:1617 may
Bir oyunda 15 (!) seyv etdi və son 3 ilə damğa vurdu!
18:5617 may
Mane reytinq siyahısında Salahı arxada qoydu
18:3117 may
Nurlan İbrahimovun məsələsi yenə uzandı - ÖZƏL AÇIQLAMA
18:0517 may
Zambiyalılar Elxan Abdullayevin gözünü qorxudub - ÖZƏL
17:5017 may
"Şamaxı-2" gümüş medala yiyələndi - YENİLƏNİR
17:4417 may
İbrahimoviç yaşıl meydanı birdəfəlik tərk edəcək?
17:1817 may
"Baş məşqçi ilə ümumi durumu dəyərləndirəcəyik" - MÜSAHİBƏ
16:5417 may
Dünya Kuboku yarışlarında ölkəmizi təmsil edəcək komanda bu adlardan seçiləcək
16:5317 may
Kyellininin statusu ona həvalə olunacaq
16:3217 may
“Araz Naxçıvan”a böyük hesabla qalib gəlməli olan komanda indi belə bəhanələr axtarır” - Azər Bağırov
16:1917 may
EKOL dağıldı! - ÖZƏL
15:5717 may
"Sabah" və "Neftçi" basketbol çempionatında çıxış edəcək?
15:5417 may
Azərbaycanlı idman vəkili beynəlxalq təşkilata üzv oldu - AÇIQLAMA
15:3517 may
“Qəbələ” yeni legionerlərlə danışıqlara başlayıb - ÖZƏL
15:1717 may
Cokoviç 1000-ci qələbəsini qazandı
13:5817 may
"Çempionata başlayanda qarşımıza mükafatçılar sırasında yer almaq tapşırığı qoyulmamışdı" - AÇIQLAMALAR
13:3317 may
Nəticə olmayanda yumruqlar işə düşür...
13:1717 may
Vətən müharibəsinin qəhrəmanları “Araz Naxçıvan”ın sevincinə şərik çıxdılar - AÇIQLAMALAR
12:5617 may
“Barselona”nın sabiq vitse-prezidenti Bakıya gəlir - ÖZƏL
12:3517 may
“Azərlotereya” ASC “Bakı Marafonu-2022”-nin tərəfdaşı oldu
12:1917 may
"90 dəqiqə rəqibi təzyiq altında saxladıq" - Elxan Abdullayev
12:1017 may
Basketbol Fedarasiyasının yeni loqosu
11:5917 may
Federasiya rəsmisi Avropa çempionatının oyunlarına təyinat aldı
11:4617 may
Messi "İnter Mayami"yə keçəcək
11:2717 may
"Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin trasında dəyişiklik edilib
10:4817 may
Zəfər Kubokunda 2-ci turun oyunları keçirilib - FOTOLAR
10:3017 may
"Qarabağ" haqqında kitabın ingilis versiyası satışda
10:1317 may
Gündoğan "Siti"dən ayrılmağa hazırlaşır
09:4417 may
"Çelsi" müdafiəçisi ilə yollarını ayırır
09:3017 may
Azərbaycan nümayəndəsi yüksək hakimlik dərəcəsi qazandı
09:2017 may
Beyl "Real"dan gedir
23:4316 may
Karateçimiz Mərakeşdə bürünc medal qazandı
23:2416 may
Azərbaycan gimnastları Portuqaliyada 2 medal qazanıb
22:5316 may
"Qarabağ"ın futbolçusu milliyə dəvət edildi
22:3516 may
Millimiz Gürcüstana uduzdu
22:1216 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə