Sizin reklam burada

Tərlan Əhmədov “Neftçi”dəki kəşfini yanına aparır

Title
Tərlan Əhmədov “Neftçi”dəki kəşfini yanına aparır
Vaqif Cavadovu da saysaq, yeddi futbolçu ilə yolların ayrılmasına qərar verilən “Keşlə”də gələnlərlə bağlı hələ ki sakitlikdi. “Zirə”ylə vidalaşan Vüsal İsgəndərli söhbəti var ki, münasibətlər rəsmiləşməyib. Lakin Tərlan Əhmədovun transfer siyahısında bir neçə futbolçunun adı var.
Onlardan biri də Orxan Fərəcovdu. Düzdü, bu ad futbol ictimaiyyətinə yaxından tanış deyil. 2001 doğumlu yarımmüdafiəçi müqavilə ilə “Neftçi”yə məxsusdu və artıq bir neçə ildi ağ-qara formanı geyir. Qışa qədər U-19-un uğurları üçün tərk töküb. Əhmədovun 17 yaşlı futbolçunun xidmətinə ehtiyac duyması isə təsadüfi deyil. Belə ki, Tərlan bəy “Neftçi”ni çalışdıranda, Orxanı U-17-nin heyətindəkı oyununa görə bəyənmişdi. Fərəcovu əsas komandanın məşqlərinə cəlb edən təcrübəli mütəxəssisin qərarını mətbuat “Neftçi”də 16 yaşlı futbolçu” başlığı ilə tirajlamışdı. Sonradan “Neftçi”dən ayrılması Orxanın əsas komandanın məşqlərindən kənar düşməsiylə nəticələndi.
Odu ki, Tərlan Əhmədov bu futbolçunu yenidən komandasında görmək istəyir. Əldə etdiyimiz bilgiyə görə, “Keşlə”yə getmək istədiyini deyən Orxana “Neftçi” rəhbərliyi maneə yaratmayacaq. Belədə artıq “Keşlə”nin məşqlərində iştirak edən futbolçuyla yaxın günlərdə münasibətlər rəsmiləşdiriləcək.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.