FIDE Sankt-Peterburqda təşkil olunan rapid və blits üzrə dünya çempionatının iştirakçılarının qazancını açıqlayıb. 1 milyon ABŞ dolları təşkil edən mükafat fondundan ən çox pay Maqnus Karlsenə çatıb. Bilitsdə qalib gələn, rapiddə 5-ci yeri tutan norveçli dünya çempionunun qazancı 116 min 250 dollar olub. Rapiddə ikinci olan Şəhriyar Məmmədyarov ən çox qazanan təmsilçimizdi – 50 min 750 dollar. Rauf Məmmədov büdcəsini 1050, Qədir Hüseynov 437 dollar zənginləşdirib.
Həm rapiddə, həm də blitsdə ikinci olan iranlı Sarasadat Xademalşarieh ən çox qazanan qadın şahmatçıdı – 69 min dollar. Təmsilçilərimizdən yalnız Zeynəb Məmmədyarova (2750 dollar) bu siyahıda yer alıb.