Anarla Vüsal rəsmən ayrıldı
İstirahəti başa vuran “Zirə” şənbə günü bir araya gəlib. Qəsəbə təmsilçisi qış hazırlığını Biləcəri Futbol Mərkəzində gerçəkləşdirir. Qeyd edək ki, təlim-məşq toplanışının ilk iki günündə yalnız yerli futbolçular iştirak edib. Pərdis Fərcad-Azad və legionerlər isə yanvarın 8-9-da hazırlığa qoşulacaq. Yeri gəlmişkən, iki futbolçunun “Zirə”dən gedişinin rəsmiləşdiyini də vurğulayaq. Söhbət Anar Nəzirovla Vüsal İsgəndərlidən gedir. Əslində hər iki oyunçu ilə yolların ayrılacağı gözlənilən idi. Sadəcə, vidanın rəsmiləşməsi qalırdı.
“Qartallar”ın Bakıdakı toplanışı yanvarın 12-nə qədər davam edəcək. Daha sonra “Zirə” Antalyaya üz tutacaq və Bələk bölgəsindəki “Alva Donna” otelində məskunlaşacaq. Samir Abasovun yetirmələri qardaş ölkədə 4 yoxlama oyununda münasibətləri aydınlaşdıracaq və yanvarın 27-də toplanışı başa vurub vətənə dönəcək.
FARİZ