Voleybol Federasiyası hələ də qərar verməyib
Yığma yerli məşqçiyə tapşırılacaq
Hazırda ölkənin iki əsas komandası “başsızdı”. AFFA hələ də Qurban Qurbanovun boşaltdığı posta baş məşqçi təyin etməyib. Rəsmilər müxtəlif variantları nəzərdən keçirir. Qadın voleybolçulardan ibarət yığmanın “sükan”ı da uzun müddətdi boşdu. Dünya çempionatının gedişində səhhətində ciddi problemlər yaranan Faiq Qarayev həkimlərin də məsləhəti ilə məşqçi karyerasına son qoydu. Bir müddət Türkiyədə müalicə alan mütəxəssis Bakıdadı və federasiyanın vitse-prezidenti postunda fəaliyyətini davam etdirir. Onu kimin əvəzləyəcəyinə isə hələ də aydınlıq gəlməyib. Halbuki Qarayev qardaş ölkədən qayıdandan sonra iclas olmalı, komandanın mundialdakı çıxışı müzakirəyə çıxarılmalı və yeni baş məşqçinin kimliyi dəqiqləşməliydi.
Dünya çempionatına Faiq bəyin köməkçisi qismində yollanan, hətta məlum səbəblərdən onun yoxluğunda komandanı bir neçə oyuna çıxan Famil Ağayevdən əldə etdiyimiz bilgiyə görə, rəhbərlik səviyyəsində iclas olmayıb. Bununla belə, mütəxəssis yığmanın böyük ehtimalla yerli məşqçiyə tapşırılacağını söylədi: “Hələ ki rəhbərlik səviyyəsində iclas olmayıb. Bu üzdən baş məqşi məsələsi açıq qalır. Bildiyim qədər əcnəbi məşqçidən söhbət getmir. Böyük ehtimalla yığma yerli mütəxəssislərdən birinə tapşırılacaq”.
Özünün namizədliyi ilə bağlı isə Ağayev bunları deməklə kifayətləndi: “Düzdü, mən 8 ildi yığmada işləyirəm. Bütün oyunçuları da yaxşı tanıyıram, nəyə qadir olduqlarını bilirəm. Amma təbii ki, qərarı rəhbərlik verəcək”.
32 yaşlı mütəxəssislə söhbətdə rəhbərlik etdiyi “Azərreyl” haqda da informasiya aldıq: “Bildiyiniz kimi, ölkə çempionatında ilk tur arxada qaldı. Hazırda komanda məşqləri davam etdirir. Heyətlə bağlı heç bir yenilik yoxdu. Yerli gənc voleybolçularla yola davam edirik”.
KƏNAN HƏSƏNOV

Son xəbərlər

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

Bütün xəbərlər