Sizin reklam burada

MOİK-in qarşılaşacağı iki rəqib məlumdu

Baxış Sayı:522

MOİK-in qarşılaşacağı iki rəqib məlumdu
Elita klubları ilə yanaşı, birinci divizion təmsilçiləri də artıq qış tətilini başa vurmaq üzrədi. Fasiləyə ikinci pillədə yollanan MOİK aşağı dəstə klubları arasında təlim-məşq toplanışına ilk start verənlərdən biri olacaq. Bu haqda məlumatı “hərbçilər”in baş məşqçisi Azər Bağırovdan aldıq: “Yanvarın 5-dən gündə bir dəfə olmaqla Lökbatanda hazırlığa başalayacağıq. 13-dən etibarən isə məşqlərin sayı iki olacaq və komanda 28-nə kimi bazada məskunlaşacaq. Hələ ki yoxlama görüşləri ilə bağlı danışıqlar aparırıq. İki rəqibin adı müəyyənləşib. Yanvarın 15-də “Neftçi-2”, 18-də isə Region Liqasında çıxış edən “Tufan” ilə qarşılaşacağıq. Ümumilikdə 5 yoldaşlıq görüşü keçirməyi planlaşdırmışıq ki, qalan üç rəqibin adı yaxın günlərdə məlum olacaq”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR