Yığmamızın üzvü Təmkin Xəlilzadə "Qəbələ”dən ayrılmağa qərar verib. Buna səbəb 25 yaşlı yarımmüdafiəçinin premyer-liqanın debütantı "Sabah”dan sərfəli təklif almasıdı. Hazırda iki klub arasında keçidin maliyyə detalları ilə bağlı danışıq gedir. “Sabah”ın bu keçid üçün bölgə təmsilçisinə 150-170 min manat təzminat ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, Təmkin Xəlilzadə ötən il dekabrında "Qəbələ” ilə 2,5 illik müqavilə bağlayıb.