Sizin reklam burada

Şəhriyar Məmmədyarov ikinci bitirdi

Baxış Sayı:408

Şəhriyar Məmmədyarov ikinci bitirdi
Sankt-Peterburqda keçirilən şahmatın rapid növü üzrə dünya çempionatına yekun vuruldu. Əvvəlcə mübarizəni daha erkən başa vuran qadınların çıxışı haqda. Bilindiyi kimi, ölkəmizi yarışda yığmanın 4 üzvü - Gülnar Məmmədova, Günay Məmmədzadə, Zeynəb və Türkan Məmmədyarova bacıları təmsil edirdi. 124 nəfərin mübarizə aparadığı turnirin ilk iki günündə baş tutan 8 turdan sonra ən yaxşı göstəriciylə Gülnar diqqəti çəkirdi. 12 turun yekununda məhz bu şahmatçı daha yüksək pillədə qərarlaşdı. Gülnar turniri 7,5 xalla 18-ci yerdə bitirdi. Günay 7 xalla 39-cu, hərəyə cəmi 5,5 xal toplayan bacılardan Zeynəb 76-cı, Türkan 79-cu oldu.
İlk 3 pillədə uyğun olaraq Venyun Yu (10 xal, Çin), Sarasadat Alşaireh Hademalşarieh (9 xal, İran) və Aleksandra Qoryaçkina (9 xal, Rusiya) qərarlaşdı.
Kişilərin mübarizəsində qalibin adına 15 turun yekununda aydınlıq gələcəkdi ki, dünən baş tutan oyunlar həlledici çəkiyə malik idi. Təbii, əsas ümidlər Şəhriyar Məmmədyarovla bağlı idi. Yığmanın liderini ilk iki gündən sonra ön sıralarda yer alan şahmatçılardan 1,5 xal ayırırdı. Dünən bu fərqi azaldan, medal qazanmaq şansını son oyuna, 0,5 xal geri qaldığı lider Daniil Dubovla (Rusiya) duelə daşıyan Şəhriyar qalib gəlsəydi, çempionluğu bayram edəcəkdi. Amma… Heç-heçə qaçılmaz oldu və Məmmədyarov (10,5 xal) 150 şahmatçının mübarizə apardığı mundialı Dubovdan sonra ikinci bitirdi. “Üçlüy”ü eyni xalla Hikaru Nakamura (ABŞ) qapadı. Digər təmsilçilərimizə gəlincə,
Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci oldu.
Bu gün və sabah blits üzrə mübarizə baş tutacaq. Kişilər 21, qadınlar 17 turun yekununda mükafatçıları müəyyənləşdirəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR