Sizin reklam burada

Güləş tarixində rekord

Baxış Sayı:812

Güləş tarixində rekord
Dünya Güləş Birliyi ilin sonunda beynəlxalq kateqoriya alan və dərəcəsini yüksəldən hakimlərin adlarını açıqlayıb. İmtahanlardan uğurla keçən 6 hakimimiz sevindirici xəbər alıb. Belə ki, Sədi Quliyev ən yüksək kateqoriya sayılan I-S dərəcəsinə yüksəlib. Bununla da olimpiya kateqoriyalı hakimlərimizin sayı 4-ə çatıb. Bu da Azərbaycan güləş tarixində yeni rekorddu. Qeyd edək ki, digər I-S dərəcəli hakimlər Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyevdi. Elman İsmayılovla Abdul Nuriyev isə 1-ci kateqoriyaya sahib çıxıb. Buna qədər milli hakim statusunda olan Əli Babayev, Həbib Nurulu və Cəlal Bahadurov beynəlxalq hakim statusu alaraq, 3-cü dərəcəyə yüksəlib.
Güləşdən söz düşmüşkən, son üç gün ərzində Moskvada beynəlxalq turnir keçirilib. Yeniyetmələr arasında təşkil olunan "Christmas" turnirində ölkəmizi Əşrəf Aşurov (71 kq) təmsil edib. Bir neçə gün əvvəl böyüklər arasında ölkə çempionatında 3-cü yeri tutan sərbəst güləşçimiz Moskvadan da bürünc medalla qayıdıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR