Sizin reklam burada

Slavçev Ronaldonu Messidən üstün tutdu

Title
Slavçev Ronaldonu Messidən üstün tutdu
“Zubirin driblinqi Modriçdən daha yaxşıdı”
"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev sosial şəbəkədə azarkeşlərin suallarını cavablayıb. Müxtəlif mövzulara toxunan legioner futbolçu maraqlı açıqlamalarla diqqəti çəkib.
- Dünyanın ən yaxşı klubu hansıdı?
- "Liverpul".
- Meydanda ən çətin rəqibiniz kim olub?
- Kilian Mbappe.
- Ronaldo, yoxsa Messi?
- Kriştiano.
- Sizin üçün "İmarət Tayfa" nə deməkdi?
- Futbolun məqsədi.
- İstirahət üçün ən yaxşı yer?
- Dubay.
- "Qarabağ"ın ən güclü futbolçusu kimdi?
- Mahir Mədətov, Abdulla Zubir, Yakub Jezniçak, Dani Kintana, Qara Qarayev, Araz Abdullayev, Miçel, Vild-Donald Gerye, Filip Ozobiç.
- Bolqarıstanın tarixində ən yaxşı futbolçu?
- Xristo Stoiçkov.
- Bakı, yoxsa Dubay?
- Bakı.
- Kriştiano Ronaldo haqda nə düşünürsüz?
- Futbol tarixində ən qüsursuz futbolçu.
- Zubir, yoxsa Modriç?
- Zubirin driblinqi Modriçdən daha yaxşıdı.
- "Qarabağ"da xoşbəxtsiz?
- Bəli.
- Hansı bolqar futbolçu ilə "Qarabağ"da oynamaq istərdiz?
- Dimitar Evtimov, Bojidar Çorbaciyski, Milen Qamakov və Georgi Milanovla birlikdə.
- Daha güclü komandada oynaya bilərsiz?
- Bəli, amma bunun üçün çox çalışmaq, daha istəkli olmaq lazımdı. Həm də yaxşı menecerə sahib olmalısan.
- Bolqarıstana qayıtmaq haqda düşünürsüz?
- Hələ ki belə bir planım yoxdu. Amma gələcəkdə necə olacağını heç kim bilmir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.