Sizin reklam burada

“Neftçi” mükafatlandırıldı

Baxış Sayı:444

“Neftçi” mükafatlandırıldı
Autizmlilər İdman Klubu İctimai Birliyi 2018-ci ilin yekunlarına dair hesabat tədbiri keçirib. Bir sıra dövlət, özəl, idman qurumları və ictimaiyyətin tanınmış nümayəndələrinin qatıldığı tədbirdə autizm klublarına dəstək olduğu üçün “Neftçi”yə təşəkkürnamə təqdim olunub. İl ərzində nəticə göstərən autizmli idmançılar mükafatlandırılıb, digər autizmli uşaq və gənclərə hədiyyələr verilib. "Neftçi” adından hədiyyələri kapitan Ruslan Abışovla Tural Axundov təqdim edib.
"İlin ən yaxşı idmançıları”, "İlin ən yaxşı təlimçiləri” və il ərzində autizm klublarına dəstək olan digər qurumlar da diplomlarla təltif olunub. Tədbir yeni il şənliyi ilə davam edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR