Sizin reklam burada

“Kəpəz”lilər balacaları sevindirdi

Baxış Sayı:493

“Kəpəz”lilər balacaları sevindirdi
“Kəpəz”in üzvləri ənənəyə sadiq qalaraq əlamətdar günlər ərəfəsində Gəncə şəhər Uşaq Evini ziyarət ediblər. Klubun kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə xüsusi qayğıya və diqqətə ehtiyac duyan uşaqlara baş çəkiblər. Uşaq evinin sakinləri “Qış nağılı” adlı musiqili-əyləncəli proqramla qonaqların qarşısında çıxış ediblər. Maraqlı süjet xətti və mahnılarla zəngin olan yeni il ovqatlı kompozisiya görüşü unudulmaz məqama çevirib. Uşaqların nümayiş etdirdiyi səhnəciklər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Gəncə klubunun baş məşqçisi Etibar İbrahimov kollektiv adından uşaqları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb. O, uşaq evinə gəlməyin vətəndaşlıq borcu olduğunu bildirib. Kollektiv olaraq hər zaman belə addımlar atacaqlarını və mümkün qədər daha tez-tez ziyarətə gələcəklərini sözlərinə əlavə edib. Görüşün sonunda balacalara bayram şirniyyatı, klubun şərfləri və toplar təqdim olunub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR