Sizin reklam burada

Şəhriyar sürəti azaltdı

Baxış Sayı:662

Şəhriyar sürəti azaltdı
Sankt-Peterburqda keçirilən şahmatın rapid və blits növləri üzrə dünya çempionatında ikinci gün arxada qalıb. Dünən kişilər rapid üzrə daha 5 turda münasibətləri aydınlaşdırıb. İlk 5 oyundan 4 xal toplayan Şəhriyar Məmmədyarov ikinci gün zəif çıxış edib. Belə ki, hesabına daha 2,5 xal yazdıran yığmamızın lideri 16-cı pillədə qərarlaşıb. Onu liderlər qrupunda yer alan şahmatçılardan 1,5 xal ayırır. Qədir Hüseynovun da hesabında 6,5 xal var. Rauf Məmmədov isə 5,5 xalla alt pillələrdə yer alıb.
Qadınların mübarizəsində isə daha 4 tur baş tutub. Çinli Yu Venyun 7 xalla liderdi. Təmsilçilərimizdən Gülnar Məmmədova 5,5 xalla 13-cü, Günay Məmmədzadə 4,5 xalla 53-cü, Zeynəb Məmmədyarova 4 xalla 66-cı, Türkan Məmmədyarova 3,5 xalla 84-cü yerdədi. Rapiddə mübarizəyə bu gün yekun vurulacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR