• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İstefaya göndərilənlər AFFA-ya illik hesabat da təqdim etməyib

Yığma

26-12-2018, 14:0

İstefaya göndərilənlər AFFA-ya illik hesabat da təqdim etməyib
Azər Məmmədov: “Bizə deyilmişdi ki, iclas olacaq”
AFFA İcraiyyə Komitəsinin dekabrın 8-də keçirilən iclasında təkcə əsas yığmanın baş məşqçisi istefaya göndərilmədi. Rəhbərlik aşağı yaş qrupları üzrə millilərin çalışdırıcı ilə də yolları ayırdı. Rəşad Sadıqov U-21-dən (həmçinin U-20), Zaur Həşimov U-18-dən, Ramin Quliyev U-17-dən, Azər Məmmədov isə U-15-dən göndərildi. Yalnız U-19-un baş məşqçisi Vüqar Məmməd postunda qaldı. Onunla işbirliyinə xitam verilməməsinin səbəbi isə aydındı. Vüqar bəyin çalışdırdığı milli seçmə mərhələni uğurla dəf edərək, elit mərhələyə vəsiqə qazandı. Bu isə il ərzində bütün yığmalar adına yeganə müsbət məqam idi. Ona görə də AFFA rəhbərliyi Məmmədlə yola davam etmək qərarına gəldi.
U-21 seçmə mərhələni sonuncu yerdə, özü də qələbəsiz başa vurdu. Hərçənd Rəşad Sadıqov tsiklin yarısı geridə qalandan sonra yığmanın “sükanı arxasına” keçmişdi və uğursuz nəticəyə görə onu suçlamaq absurddu. Sadıqov növbəti seçmə mərhələ üçün komanda formalaşdırırdı. U-17 isə AÇ-nin seçmə mərhələsində bərbad göstərici ilə yadda qaldı. Ramin Quliyevin yetirmələri bütün oyunlarda yenildi, həmçinin qırmızı vərəqələr həddini aşdı. U-18 ilə U-15-in seçmə mərhələdə iştirak etmədiyini isə bilirsiz. Ancaq bu komandaları çalışdıran mütəxəssislərin də istefaya göndərilməsi gözlənilən idi. Çünki aşağı yaş qruplarına təyinatlar məhz Qurban Qurbanovun istəyi ilə reallaşmışdı. Bir halda ki, onunla işbirliyinə xitam verilirdi, digər adı çəkilən məşqçilərin postunda qalacağı real deyildi. AFFA da məhz belə qərar verdi. Yalnız Vüqar bəy daha öncə də millilərdə çalışmışdı və yuxarıda da qeyd etdiyimiz kimi, assoasiasiya onunla yola davam etməyi məqsəduyğun saydı.
Maraqlıdı ki, AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi birfinqdə həmin yığmalarla bağlı bunları demişdi: “Ötən il müxtəlif yaş qrupları üzrə millilərə də yeni təyinatlar olmuşdu. Yalnız Vüqar Məmməd daha əvvəldən AFFA ilə əməkdaşlıq etmişdi. Biz bu bir ildə məşqçilərdən çox şey gözləyirdik. Ancaq gördük ki, uğursuz nəticələr oldu. Ümumi olaraq uzunmüddətli strategiya və plan təqdim olunmadı. Belədə U-19-un çalışdırıcı istisna olmaqla, digər yığmaların məşqçiləri ilə müqavilələrə xitam verildi. Müxtəlif yaş qrupları üzrə millilərə il ərzində çox sayda təlim-məşq toplanışları təşkil olundu. Demək olar, hər ay bu edilib. Ancaq biz gördük ki, faydası yoxdu. Məsələn, U-17 nəticə vermir, həm də intizam yoxdu. Komanda beynəlxalq oyuna çıxırsa və 4 “qırmızı” alırsa, qarşılaşmadan sonra düşərgədə intizamsızlıq yaşanırsa, bu, komandanın böyük problemidi. İK da başa düşür ki, bunu həll etməliyik”.
Bir sözlə, nəticələrdəki uğursuzluq bir yana, dərd burasındadı ki, yığmaların məşqçiləri AFFA rəhbərliyinə hansısa strategiya, plan da təqdim etməyib. Düzdü, bəlkə də bu edilsəydi belə, onlarla işbirliyinə son veriləcəkdi. Ancaq hər halda, Elxan Məmmədov həmin məşqçiləri məsuliyyətsizlikdə günahlandırmayacaqdı. Gələcəklə bağlı strategiyanı bir kənara qoyaq, görəsən, məşqçilər heç olmasa, gördükləri işin illik hesabatını AFFA-ya təqdim ediblər? Bunu assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan soruşmağı lazım bildik və məlum oldu ki, bunu da etməyiblər: “Bildiyimə görə, heç kim illik hesabat verməyib. Foqts, Prosineçki? Bəli, onlar hesabat təqdim edirdilər”.
Əslində İK-nın iclasından sonra istefaya göndərilən çalışdırıcıların fikirlərini öyrənmək istəsək də, cəhdimiz alınmamışdı. Hər halda, tutarlı cavabı olan çıxıb deyərdi ki, “baş katib yalan danışır, biz strategiya da, plan da təqdim etmişik, görəcəyimiz işlər də bunlar idi”. Dünən yenidən məşqçilərlə əlaqə saxlamaq qərarına gəldik. Yalnız Azər Məmmədovla danışa bildik: "Bizi istefaya göndərdilər. Orda olduğumuz müddətdə çalışırdıq ki, Azərbaycan futboluna ədalətli şəkildə xidmət edək. Məndə 2003 təvəllüdlülər idi. Bu yaşda ölkədə və xaricdə nə qədər layiq oyunçu vardısa, yığmaya cəlb etməyə çalışırdıq. Milli mənim və ya başqa birinin yox, hamınındı. Odu ki, yığmada işimi vicdanla görürdüm. Plan və strategiya? Bilirsiz ki, mən ən aşağı yaş qrupu üzrə milliyə rəhbərlik edirdim. Düzdü, bizim AFFA ilə müqaviləmiz var idi. Ancaq bizim işimizə nəzarəti Qurban müəllimə və Rəşad Sadıqova tapşırmışdılar. Onu deyə bilərəm ki, Rəşad müəllim çox yüksək səviyyədə işimizlə maraqlanırdı. Ən xırda problemi, çatışmazlığı onunla birgə çözməyə çalışırdıq. Bizə necə göstəriş verilirdisə, o tərzdə də işləyirdik. Yəni problemlərin həll edilməsi ilə bağlı bunu deyirəm. İş prinsipimiz isə ədalətli seçim etmək, kim layiqdisə, onu yığmaya çağırmaq və vicdanla ölkə futboluna xidmət etmək idi. Plan deyəndə ki, biz toplanış keçmək və ya yoxlama oyununda gücümüzü sınamaq istəyəndə, rəhbərliyə bu haqda məlumat verirdik. Bizə deyilmişdi ki, iclas olacaq. Yəqin ki, illik hesabatla bağlı orda hər şey deyiləcəkdi. Çalışırdıq ki, uşaqları həm meydanda, həm də meydandan kənarda milli ruhda hazırlayaq, onlar yığmanı dərk etsinlər".
FARİZ

Oxunub: 917
Paylaş:
Digər xəbərlər

Manşet

11-12-2018, 16:0

İstefaya göndərilən məşqçilər susmağı üstün tutur

İdman

7-09-2021, 16:0

Yığmanın baş məşqçisi istefaya göndərildi

Yığma

4-01-2019, 23:0

Vüqar Məmməd anlaşılmazlığa aydınlıq gətirdi

Aktual
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
İlin ilk ayında ən çox qol vurmuş futbolçular - SİYAHI
FIDE yeni reytinq siyahısını açıqlayıb
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Son xəbərlər
  • Bu gün, 14:55
    Boksçularımızın Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli oldu
  • Bu gün, 14:38
    Polis Öməri saxladı
  • Bu gün, 14:10
    Daniel Alveşin törətdiyi şok əməlin təfərrüatı - YAZI
  • Bu gün, 13:54
    “Sabah”ın futbolçuları Premyer Liqada yubiley qeyd edib
  • Bu gün, 13:39
    PSJ üzvü Liqa 1-də qol vuran ən gənc oyunçu oldu
  • Bu gün, 13:18
    Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
  • Bu gün, 12:51
    Azərbaycan Serbiya və İngiltərə ilə eyni qrupda
  • Bu gün, 12:38
    "Səbail" üçün əlamətdar hadisə
  • Bu gün, 12:22
    PFL "Qarabağ"la bağlı vacib məlumat yaydı
  • Bu gün, 11:57
    "Zirə" Portuqaliyadan yarımmüdafiəçi transfer edir
  • Bu gün, 11:49
    Emirhan İlkhan yenə klubunu dəyişdi
  • Bu gün, 11:25
    Mateus Saldanya “Neftçi”dəki debütü haqqında nə dedi?
  • Bu gün, 10:32
    Rusiya Futbol İttifaqından gözlənilən addım
  • Bu gün, 10:13
    Avstraliyalı döyüş rusiyalı haqda: "O, böyük mübarizdi"
  • Bu gün, 10:00
    Renat fərqlənsə də ...
  • Dünən, 23:51
    Navas PSJ-dən ayrıldı
  • Dünən, 23:30
    Konte əməliyyat olundu
  • Dünən, 23:15
    Azərbaycan Basketbol Liqasında 16-cı tura start verildi
  • Dünən, 22:58
    Errera La Liqada
  • Dünən, 22:55
    Kanselo debütünə hazırlaşır
  • Dünən, 22:51
    “Qaradağ Lökbatan” yeni baş məşqçisinə qovuşdu
  • Dünən, 22:47
    “Kəpəz” Kamran İbrahimovu icarəyə vermək istəyir
  • Dünən, 22:38
    “Hazırda onun möqeyində çox güclü rəqabət var”
  • Dünən, 22:24
    Asəf Namazov: “Pis vərdişlərdən uzaq olsa da, özünə baxan da deyildi”
  • Dünən, 21:55
    “Araz Naxçıvan”ın rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir
  • Dünən, 21:30
    Okan Buruk rekordlara doymur
  • Dünən, 21:21
    MY: Zabitser gəldi, Tuanzebe ilə Bernard getdi
  • Dünən, 21:13
    Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
  • Dünən, 20:55
    Laurentsiu Regekampf: “Bu, planlarımıza daxil deyildi”
  • Dünən, 20:30
    Rəşad Sadıqov: “Gündə bir qayda dəyişir, bilmirsən, nə fikirləşəsən”
  • Dünən, 20:19
    “Tottenhem”də yeni oyunçu
  • Dünən, 20:15
    Cokoviç bunu bacaran 2-ci tennisçidi
  • Dünən, 19:41
    “Sabah” və “Neftçi”dən qələbə - YENİLƏNİB
  • Dünən, 19:30
    Cokoviçdən möhtəşəm nəticə: 10-cu final, 10-cu qələbə!
  • Dünən, 19:22
    Pelleqrini ilə Makkenni “Yuventus”a lazım olmadı
Daha çox
Oxunub: 2 494
“Ximki”nin azərbaycanlı sponsoru: “Oğlum oynayanda da komanda uduzurdu, oynamayanda da”
Oxunub: 1 963
“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb
Oxunub: 1 385
Mahir lağlağını haqq edir? - KÖŞƏ
Oxunub: 768
Vüqar Nadirov “Təkərdə” şousu ilə çempionat oyunlarını müqayisə etdi
Oxunub: 682
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Oxunub: 666
"Qarabağ"ın futbolçusu Rusiya klubuna keçməkdən imtina etdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə