Sizin reklam burada

Balakəndə qaliblər mükafatlandırıldı

Title
Balakəndə qaliblər mükafatlandırıldı
Xəbər verdiyimiz kimi, dekabrın 22-23-də Balakəndə 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” keçirilib. Balakən Olimpiya İdman Kompleksində təşkil olunan yarışda rayonun 12 məktəbindən 118 şagird iştirak edib. Turnirin ilk günündə qrup mərhələsində 12 oyun keçirilib. Növbəti gün isə pley-off mərhələsinin qarşılaşmalarına start verilib. Tülü 1 saylı kənd orta məktəbin komandası turnirin qalibi olub. Meşəşambul kənd tam orta məktəbin komandası ikinci, Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin komandası isə üçüncü yeri tutub. Turnirin ən yaxşı oyunçusu Nəcibə Paçalova (Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin şagirdi) seçilib. İlk üç yeri tutan komandalara diplomlar və medallar, qalibə isə kubok təqdim edilib. AFFA və UEFA tərəfindən iştirakçı komandalar idman geyimləri və ayaqqabılarla təmin olunub.
Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Qubada və Mingəçevirdə təşkil olunub. Növbəti aylarda layihə çərçivəsində daha 4 turnir keçiriləcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.