Sizin reklam burada

Firdovsi Umudovu Absaidov əvəzlədi

Baxış Sayı:647

Firdovsi Umudovu Absaidov əvəzlədi
Sərbəst güləş yığmamızın baş məşqçi vəzifəsində dəyişiklik edilib. Millimizi Saypulla Absaidov çalışdıracaq. 2009-12 və 2015-16-cı illərdə də əsas komandanın baş məşqçisi funksiyasını yerinə yetirən Saypulla Absaidov son iki ildə gənclərdən ibarət yığmada böyük məşqçi kimi fəaliyyət göstərib. Dünən Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin əmri ilə təcrübəli mütəxəssis yenidən böyüklərdən ibarət yığmanın baş məşqçisi təyin edilib. Qeyd edək ki, millimizin sabiq çalışdırıcısı, təcrübəli mütəxəssis Firdovsi Umudov bundan sonra fəaliyyətini sərbəst güləş üzrə vitse-prezident kimi davam etdirəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR