"Arsenal"a qarşı oyunda "Emireyts" stadionuna ayaq basmaq fantastik duyğu idi. Uğursuz nəticələrə baxmayaraq, müsbət emosiyalar aldım" – bu sözlər "Vorskla"nın futbolçusu Mixail Sergeyçuka məxsusdu. Ukrayna mətbuatına açqılama verən 27 yaşlı forvard komandasının Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib. Mixail "Qarabağ" üzərində Bakı Olimpiya Stadionunda qazandıqları qələbəni də yada salıb: "Ötən mövsümün sonunda hər kəs Avropa Liqasının qrup matçlarını səbirsizliklə gözləyirdi. Əlbəttə, mümkün qədər çox irəliləməyi düşünürdük. Lakin rəqiblərin gücünü nəzərə alsaq, qrupdan çıxmağı gözləmək çətin idi. "Arsenal" və "Sportinq" kimi böyük klublarla münasibətləri aydınlaşdırmaq xoş idi. Belə tanınmış komandalara qarşı oyunlarda özünü sınamaq və təcrübə toplamaq imkanın olur. "Qarabağ" üzərində qələbə qazanaraq ilk xalları toplamaq isə çox vacib idi".
Qeyd edək ki, Bakıda baş tutan görüşdə "Vorskla" 1:0 qalib gəlsə də, ağdamlılar Poltavada rəqibini eyni hesabla məğlub etmişdi.