“Qarabağ”la “Qəbələ”nin qapısına penalti təyin olunmayıb
Rəhim Həsənov “nöqtə”ni hamıdan çox göstərən hakimdi
Bir neçə il əvvələ qədər penalti qərarı ölkə futbolunun “bəzəyi” idi. Hələ futbolun dərəbəylik vaxtında qapılara o qədər olmayan penaltilər təyin olunurdu ki, adam heç yumoristik filmlərə baxanda o qədər gülmürdü. Sonradan klublar pullu sponsorların əlinə keçdi və bu dəfə başqa dərd başladı. Klub rəsmiləri hakimlərin əksər 11 metrlik cərimə zərbələri zamanı aləmi bir-birinə qatır, himayədarların yanında pis olmamaq üçün haqq qazanmağa çalışırdılar. Vay o günə ki, şübhəli penalti təyin oluna, vəssalam, qırğın düşürdü.
İnsaf naminə, bu işdə referilər də az pay sahibi deyildi. Məsələn, 2011-ci ildə “Bakı” – “Neftçi” qarşılaşmasında Rauf Mehdiyevin cərimə meydançasında Jabaya qarşı kobudluğunu baş hakim Əfqan Həmzəyevdən başqa hamı görmüşdü. İki il sonra “Neftçi” – “Qarabağ” qarşılaşmasında Anar Salmanov qonaqların qapısına olmayan 11 metrlik cərimə zərbəsini təyin etdiyinə görə hakimlikdən uzaqlaşdırılmışdı. Bir sözlə, penalti qərarları çox “evlər yıxırdı”, çox adamın başına bəla olurdu. İndi vəziyyət xeyli düzəlib. Həm penaltilərin sayı azalıb, həm də hakimlər daha diqqətli olmağa çalışırlar.
Xaqani Məmmədov – Frits Stuxlik 7:6
Çempionatın ilk yarısında, yəni 14 tur ərzində ədalət təmsilçiləri 13 halda “nöqtə”ni göstəriblər. Bunun yarısından çoxu – 7-si ilk 4 tura təsadüf edir. 1, 3 və 4-cü turlarda 2 dəfə qapılara penalti təyin edən hakimlər 2-ci turda 1 dəfə eyni qərarı qəbul ediblər. 6-cı turdan 14-cü tura qədər olan say isə cəmi 6-dı. Bu məqamda maraqlı fakt üzə çıxır. Deməli, 4-cü tur başa çatana qədər Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov idi. Məhz sentyabrın ortasında Frits Stuxlik komitə sədrliyinə qovuşdu ki, avstriyalının gəlişindən sonra təsadüfən, ya da zərurətdən 11 metrlik cərimə zərbələrinin sayı xeyli azalıb.
Rəhim Həsənov “bombardirdi”
Ağır qərarı verməkdə Rəhim Həsənov liderlik edir. FİFA referisi 13 penaltidən 4-nün “müəllifidi”. FİFA-nın beynəlxalq oyunları həvalə etdiyi digər həmyerlimiz Əliyar Ağayev isə komandaları bu yolla 3 dəfə cəzalandırıb. İnqilab Məmmədovun hesabında 2 penalti qərarı var. Digər dörd nəfər – Ramil Diniyev, Rauf Cabbarov, Rəvan Həmzəzadə və Rəşad Əhmədov isə cəmi 1 dəfə “nöqtə”yə tərəf qaçıb. Digər dörd nəfər – Orxan Məmmədov, Alik Yunusov, Səbuhi Bayram və Vüqar Həsənli ən çətin qərarı qəbul etməkdən kənarda dayanıblar.
Yerlilərin halına acımamaq olmur
Qapılara təyin olunan 13 penaltidən 10-u qolla nəticələndiyi halda, 3 futbolçu hədəfə düşə bilməyib. Bunlar “Qarabağ”lılar – Araz Abdullayevlə Filip Ozobiç və “Səbail”dən Ruslan Qurbanovdu. Ozobiç demişkən, “Qarabağ”ın “19 nömrə”si digər 2 halda rəqib qapıçıları məyus etməyi bacarıb. “Sabah”ın ən məhsuldar futbolçusu Marko Deviç də 2 dəfə penaltidən fərqlənib. Yerdə qalan 6 qolda isə Emin Mahmudov, Elvin Məmmədov, Pərdis-Fərcad Azad (meydan sahiblərinə texniki qələbə verildiyi “Səbail” – “Zirə” matçında fərqlənmişdi – H.), Təmkin Xəlilzadə, Yevgeni Koçuk və Nikola Mitroviçin imzası var.
Bu mənada ölkə futbol məktəblərinin yetirmələrinin halına acımamaq olmur. 13 haldan yalnız 3-də topun başına keçən bizimkilər (Araz Abdullayev, Təmkin Xəlilzadə, Elvin Məmmədov) yalnız 2 halda dəqiq olmağı bacarıblar. Emin Mahmudov, Pərdis-Fərcad Azad və Ruslan Qurbanovun keçmişi Azərbaycan futbolu ilə bağlı olmadığından, onları saya almırıq.
Penalti vurmayan komanda yoxdu
Və məsələnin ən maraqlı tərəfi. Hansı komanda daha çox penalti vurmaq imkanı qazanıb? Son 5 ilin çempionu bu baxımdan liderdi. Hakimlərin 13 qərarından 4-ü ağdamlıların leyhinə olub ki, yuxarıda qeyd etdiyimiz kimi, 2 qol vurulub, 2-si boşa verilib. “Səbail”lə “Sabah” hakimlərin məlum qərarına görə hərəyə 2 dəfə sevinib. Digərləri – “Zirə”, “Neftçi”, “Qəbələ”, “Sumqayıt” və “Keşlə”nin futbolçuları hərəyə 1 dəfə “nöqtə”yə yaxınlaşıb. Qısası,elitadakı 8 komandanın hər biri penaltinin dadına baxıb.
“Sumqayıt”la “Səbail”i yiyəsiz görüblər?
Hakimlərin sərt üzünü görməyən iki komanda var – “Qarabağ”la “Qəbələ”. 14 turda bir dəfə də olsun, bu komandaların qapısına penalti təyin olunmayıb. Əvəzində “Sumqayıt”la “Səbail”in futbolçuları hərəyə 3 dəfə olmaqla qapılarına 11 metrlik cərimə zərbəsi təyin olunduğuna görə üzülüb. “Sabah”, “Zirə” və “Keşlə”də bu say 2-disə, “Neftçi” cəmi 1 dəfə cəzalanıb ki, onda da Rəhim Həsənovun qərarı ciddi narazılıqla qarşılanmışdı (13-cü turdakı “Sabah” – “Neftçi” qarşılaşması).
Deviç Rəhimin başına and içməlidi
Zaman-zaman ayrı-ayrı hakimlərin ayrı-ayrı komandalara qarşı qərəzli mövqe tutmaları, yaxud xüsusi simpatiya bəsləmələri haqda xəbərlər dolaşır. Məsələn, Rəhim Həsənovun “Neftçi”ni, Orxan Məmmədovun “Qəbələ”ni sevmədiyi deyilir. Elə isə başlayaq “bombardir” Rəhim Həsənovdan. Təcrübəli hakimin 4 qərarından 2-si “Sabah”ın xeyrinə olub ki, hər iki halda Deviç dəqiq oynayıb. Digər 2 halda “Keşlə” ilə “Qarabağ”lıların üzünü güldürüb. Cəzalandırdığı komandalar isə “Neftçi”, “Keşlə”, “Səbail” və “Sabah”dı. Əliyar Ağayevin qərarları “Sumqayıt”, “Səbail” və “Qarabağ”lıların xeyrinə olduğu halda, “Sabah”, “Sumqayıt” və “Zirə”yə güzəşt etməyib. İnqilab Məmmədovun penalti qərarları “Qarabağ”la “Səbail”in xeyrinə olub. Əvəzində “Sumqayıt”la “Keşlə”ni üzüb. Digər hakimlər hərəyə 1 dəfə “nöqtə”ni göstərdiyindən onların işini incələməyə gərək yoxdu.
HƏBİB

Son xəbərlər

Muslera ''Qalatasaray''da tarix yazmaqda davam edir

Yunis Hüseynov AFFA İcraiyyə Komitəsinin üzvü ilə razılaşmadı – AÇIQLAMA

“Borussiya” oyunçusuna qiymət qoydu

"Qarabağ"ın təsisçisinin dəyişməsi ilə bağlı yekun qərar

TFF qərarını dəyişdi

Dünya çempionatında iştirak edə bilməyəcək

“Valensiya”da yeni futbolçu

Benzema mükafat bolluğuna düşdü

Fiqu göyün 7-ci qatında futbol oynadı!

Vaqif Sadıqov: “Bəlkə De Byazi burda qalmaq istəmir, hardan bilirsiz?” - AÇIQLAMA

Fanatlar Türkiyə millisinin başında kimi görmək istəyir? - SORĞU

“Çelsi”nin oyunçusu məşqlərə başladı

Sabiq “Qalatasaray”lı BƏƏ-də oynayacaq

Mançester derbisini buraxacaqlar

FİFA təhqiqat aparır

"İmişli" son çempiona qarşı - YENİLƏNİR

“Fənərbaxça” daha bir oyunçu ilə yollarını ayırdı

Peşəkar boks = real ölüm ehtimalı

Karyeralarını başa vurdular

Premyer-liqada 2 milyard 526 milyon avroluq qazanc - SİYAHI

Dünya çempionatı üçün 208 milyard avroluq xərc

“Yığmanın “sükanı arxasında” yerli, gənc mütəxəssislər olmalıdı” - Aslan Kərimov

Skaloni ilə müqavilə yeniləndi

Superliqanın səviyyəsi Allini təəccübləndirib - AÇIQLAMA

"Qarabağ"la oyundan öncə "Olimpiakos"da daha bir ciddi itki

Kolumbiya da dünya çempionatında təmsil olunmaq istəyir

Qutyerresin hərəkətinin sirri 12 ildən sonra açıldı

Maqnussenə ən sürətli dövrə yox, xal lazımdı - MÜSAHİBƏ

Tolqay Arslan derbidə kimi favorit görür?

İFA-dan Ronaldoya gecikmiş ittiham

Emin Ağayev: “Tibbi komissiyadan keçirdilər, paltar və ayaqqabı ölçülərimi götürdülər” - MÜSAHİBƏ

Zubir: "Fransa klubuna qol vurmaq özəldi" - VİDEO

Simeoneyə etimad tükənməyib

"Hərbçilər" gəncəliləri məğlub etdi - VİDEO

22-ci "Səbail" - "Qəbələ" duelinə doğru

Mövsümün sonunda “İnter”dən gedəcək

Tahir Süleymanov almanları hakimlərimizə nümunə göstərdi

Türkiyə Avropada gənclərə ən az şans verən ölkədi!

Laviolett Oveçkini təriflədi

Misirdə Olimpiada keçiriləcək?

Doğma klubunun idman direktoru olacaq

"Yığmada baş məşqçi əcnəbi olacaqsa, mütləq iki yerli onun köməkçisi olmalıdı" - Ağasəlim Mircavadov

Di Mariya ilə bağlı qərar verildi

Autsayder komandada yeni baş məşqçi

UEFA-dan "Olimpiakos" - "Qarabağ" oyunu ilə bağlı mühüm qərar

Bütün xəbərlər