Sizin reklam burada

Şuker: “Məhz buna görə Azərbaycanla qarşılaşmanın Zaqrebdə keçirilməsinə qərar verdik”

Title
Şuker: “Məhz buna görə Azərbaycanla qarşılaşmanın Zaqrebdə keçirilməsinə qərar verdik”
Yığmanın AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən biri Xorvatiyadı. Bu ölkənin Futbol Federasiyasının prezidenti Davor Şuker seçmə mərhələdə ev oyunlarının keçiriləcəyi şəhərlərin adlarını açıqlayıb. Əfsanəvi hücumçu keçirdiyi mətbuat konfransında milimizlə görüşün paytaxt Zaqrebə salınmasına belə aydınlıq gətirib: "Federasiyaya rəhbərlik etdiyim ilk dövrlərdə ev oyunlarını Split şəhərində keçirirdik. Həmişə orda oynamaq istəmişik. Split və Dalmaçiyanın sakinlərinin millinin oyununa böyük maraq göstərdiyinə şahid olmuşuq. Bu ideya mənə məxsus idi və müəyyən məqamlara əsaslanırdı. Lakin birdən-birə qəti qərar vermək olmaz. Məhz buna görə Azərbaycanla qarşılaşmanın paytaxt Zaqrebdə keçirilməsinə qərar verdik. Daha 3 ev matçımız olacaq. Bu qarşılaşmaları Riyeka, Pula və Osiyek şəhərlərində keçirməyi planlaşdırırıq. Başqa variantlar da var".
Qeyd edək ki, Xorvartiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda baş tutacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.