"İmişli"də yeni təyinat

17.10.2026 14:45 36
Ölkə futbolu
Əhməd Şeyubov "İmişli"də Sosial və Ətraf Mühit Dayanıqlılığı üzrə menecer vəzifəsinə təyin olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə premyer-liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, yeni vəzifəsində sosial dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyətin təşkili və bu sahələrdə müvafiq layihələrin inkişafı üzrə çalışacaq.