Radik Əhmədov: “Araz”da braziliyalıların yoxluğu hiss olunur”
Son turda “Araz” üzərində qələbə qazanaraq qış fasiləsinə lider yollanan “Ekol” yolun yarısını uğurla qət edib. Qalır ikinci və üçüncü dövrədə zirvədəki yerini qorumaq və pley-offda bu əlverişli durumdan yararlanıb yüksək liqanı qalib bitirmək. “İştah diş altındadı” - “şirkət təmsilçisi”nin transfer bazarından maksimum yararlanacağı, hətta heyətini legionerlərlə gücləndirəcəyini ehtimal etmək mümkündü. Komandanın oynayan məşqçisi Radik Əhmədovun həm mövsümün ilk yarısı, həm də həlledici mərhələyə hazırlıqla bağlı planlarını bilmək maraqlı olar.
- İlə “Araz” üzərində qələbə ilə yekun vurduz. Fasiləyə “qış çempionu” kimi yollanmağınızı gözləyirdiz?
- “Araz” çempionatda əsas rəqiblərimizdən biridi və onlarla oyuna 3 xal qazanmaq üçün çıxmışdıq. Oyundan əvvəl cəmi 1 xal fərqimiz var idi. “Araz” bu üstünlük sayəsində zirvədə yer almışdı. Biz də bu matçda qələbə qazanmağı və qış fasiləsinə zirvədə yollanmağı düşünürdük. Çünki qələbə qazanacağımız təqdirdə “Araz”ı 2 xal qabaqlayacaqdıq. Oyun ərzində epizodlardan düzgün istifadə etdik və arzuladığımız nəticəni qazandıq. Bu nəticədə hər birimizin zəhməti böyükdü.
- Oyuna xüsusi motivasiya ilə çıxdığınız hiss olunurdu.
- Əlbəttə, turnir cədvəlindəki vəziyyətin oyuna motivasiya baxımından təsiri böyük oldu. Qeyd etdiyim kimi, cəmi 1 xal fərqimiz vardı. Qələbəyə 3 xal verilirsə, niyə bundan istifadə etməyək? Oynadıq, mübarizə apardıq və qələbəmizi qazandıq.
- Yeri gəlmişkən, cari mövsümün hər iki dövrəsində “Araz”a yenilməyən yeganə komanda “Ekol”du. Deyəsən, rəqibinizin legionerlərdən imtinası işinizə yarıyıb.
- “Araz” sırf legionerlərdən ibarət və ya onlardan asılı komanda deyil. Komandanın heyətdə millinin üzvləri çıxış edir. Ancaq əvvəlki illərlə müqayisədə braziliyalıların yoxluğu hiss olunur. Çünki onlar oynayan vaxt “Araz” fasiləyə minimum 6-9 xallıq fərqlə yollanırdı. Hazırkı çempionatda isə vəziyyət fərqlidi. Əslində bizi öz çıxışımız daha çox maraqlandırmalıdı.
- Arxada qalan iki dövrəni necə qiymətləndirirsiz?
- İlk iki dövrədə ağır oyunlarımız, meydanı xalsız tərk etdiyimiz görüşlər oldu. Çalışdıq ki, itkilərimiz minimum olsun. Buna nail olduğumuza görə fasiləyə zirvədə yollandıq.
- İşin yarısını görmüsüz. Finişə qədər mövqeyinizi qoruya biləcəksiz?
- Çətin olacaq, ancaq hazırkı mövqeyimizi qorumağa və işimizin öhdəsindən gəlməyə çalışacağıq.
- Dövrələrarası fasilə ilə bağlı planlarınız necədi?
- Hazırda oyunçuları istirahətə buraxmışıq. Yanvarın əvvəlində məşqləri bərpa edəcəyik. “Gənclik” Olimpiya Kompleksində məşq keçəcəyik. Yanvarın 10-da isə rəhbərliklə danışıb, bölgələrin birində təlim-məşq toplanışında olacağıq.
- Heyətlə bağlı nə kimi dəyişikliklər gözlənilir?
- Hazırkı heyətimizi qoruyacağıq. Yeni oyunçular dəvət etməyimiz də istisna deyil. Çünki qarşıda çətin oyunlarımız var, üstəlik, rəqiblərimizin də hansı heyətlə mübarizə aparacağını bilmirik. Ən əsası özümüz oyunlara tam hazır olmalıyıq.

Son xəbərlər

“Çelsi” “Lester”in oyunçusu ilə razılığa gəldi

“Komandamın ifasında aqressiv futbol görmək istəyirəm” - Laurentsiu Regekampf

“Qollardan sonra toparlanmaq çətin idi” - Yaşar Vahabzadə

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

“Neftçi” - “Kəpəz” matçında qol yağışı - YENİLƏNİB

“İnter” oyunçusunu icarəyə verdi

İngiltərədən İtaliyaya yollandı

“Qarşıdakı turlarda daha yaxşı komanda görəcəyik” - Elmar Baxşıyev

“Barselona” oyunçusunu “Valensiya”ya yolladı

“Bizə vaxt lazımdı” - Vüqar Əsgərli

“Neftçi”də ciddi itki

Millimiz məğlub oldu - KONYA-2021

Şöhrətin zirvəsindən dəmir barmaqlıqlar arasına!

De Byazi bu gün Bakıda olacaq

“Füzuli”nin prezidenti “Neftçi”nin futbolçusunu təhqir etdi

Bernardo Silva “Mançester Siti”dən ayrılacaqmı? - MÜSAHİBƏ

"Liverpul"da yeni müqavilə

Kostiç "Yuventus"da

"Sampdoriya"dan yeni transferlər

"Latsio" 2 futbolçusunu icarəyə göndərdi

“O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb” - Yulian Nagelsmann

Provedelin yeni klubu müəyyənləşdi

Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

Bütün xəbərlər