Dünən futzal üzrə yüksək liqada 14-cü turun oyunları keçirildi və komandalar qış fasiləsinə yollandı. Son tur maraqlı nəticələrlə yadda qaldı. Sözsüz ki, əsas diqqət "Ekol" - "Araz" oyununa yönəlmişdi. Mərkəzi qarşılaşmanın qalibi "qış çempionu" olacaqdı. Naxçıvan təmsilçisi favorit gösərilsə də, ilk dövrədə çempiondan xal alan "Ekol" yenə eyni uğuru təkrarlamağa köklənmişdi. Hesabı məhz "şirkət təmsilçisi" açdı. Faiq Əliyev "Araz"ı meydanın mərkəzinə dəvət etdi. Ancaq növbəti iki dəqiqə ərzində 2 qol vuran naxçıvanlılar üstünlüyü ələ keçirdi. Əvvəlcə Ramiz Çovdarov, az sonra İsa Atayev adını tabloya yazdırdı. İlk yarı Joze Alesio da Silvanın komandasının xeyrinə başa çatdı. Ancaq "Ekol" fasilədən sonra geridönüş etməyi bacardı. 24-cü dəqiqədə Fərid Ələkbərov tarazlığı bərpa etdi. Sona doğru oyunda artan gərginlik 36-cı dəqiqədə zirvə nöqtəsinə çatdı. Xətai Bağırovun meydandan qovulması "Ekol"un işinə yaradı. Dərhal oynayan-məşqçi Radik Əhmədovun qolu ilə üstünlüyü ələ keçirən bakılılar qalan dəqiqələrdə qələbə hesabını qorudu və beləliklə, liderliyə yiyələndi.
Günün ikinci qarşılaşmasında "Yasamal"la "Neftçi" münasibətlərinə aydınlıq gətirdi. Hacıbala Abdullazadənin rəhbərliyi altında ikinci matça çıxan "ağ-qaralar" qış fasiləsi ərəfəsindəki son oyunundan qalib ayrıldı və "Araz"la xallarını bərabərləşdirdi.
Tura Lənkəran derbisi ilə yekun vuruldu. "Xəzər Cənub" "Liman"ı asanlıqla yeyərək, 4-cü pillədə mövqeyini möhkəmləndirdi.
14-cü tur
Ekol – Araz 3:2 (1:2)
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Faiq Əliyev, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli, 77. Sərxan Məstiyev.
Baş məşqçi: Radik Əhmədov.
Araz: 12. Rövşən Hüseynli, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 15. Adəm Həbibov; 1. Kamran Hacıyev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 14. Elşən İbramxəlilov, 17. İsa Atayev, 18. Adil İsmayılov, 19. Ruzigar İbrahimzadə.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: F.Əliyev, 8 (1:0). R.Çovdarov, 9 (1:1). İ.Atayev, 10 (1:2). F.Ələkbərov, 24 (2:2). R.Əhmədov, 36 (3:2).
Vərəqələr: Z.Fərziyev, 27. N. Məmmədkərimov, 30. R.Çovdarov, 30. N.İsmayılov, 33. R.Hüseynli, 33 - sarı. X.Bağırov, 36 - qırmızı.
Hakimlər: Azər Əsgərov, Azad Hüseynov, Elman Musayev.
19 dekabr. Olimpik Star.
Yasamal - Neftçi 1:3 (0:2)
Yasamal: 2. Rza Xorasani, 7. Sina Jamali, 10. Salar Şahnasi,11. Murtuza Cahandost (k), 12. Sadiq Cavid; 3. Vladislav Vorobyov, 5. Tural Lətifov.
Neftçi: 23. Elnur Zamanov, 8. Vahib Xocayev, 10. Rüfət Balakişiyev (k), 14. Vitali Borisov, 94. Oruc Baxşəlizadə; 1. Samir Mehtiyev, 4. Əli Abdullahi, 6. Məhəmməd Katebi, 9. Həmid Abdullahi, 17. Tural İsmayılov.
Baş məşqçi: Hacıbala Abdullazadə.
Qollar: H.Abdullahi, 8 (0:1). T.İsmayılov, 9 (0:2). S.Şahnazi, 28 (1:2). T.İsmayılov, 35 (1:3).
Vərəqələr: M.Katebi, 3. S.Cavid, 5. V.Xocayev, 22. S.Şahnazi, 29 - sarı.
Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov, Mehman Mahmudov.
19 dekabr. Olimpik Star.
Xəzər Cənub – Liman 13:3 (4:1)
Xəzər Cənub: 1. Əli Xadimi, 7. Məsud Nəsirzadə, 10. Mehdi Pənahande (k), 15. Hadi Rizvan, 19. Şahin Nami; 9. Farid Mazahevi, 11. Şabah Şahnazi
Menecer: Eliz Tuğsal.
Liman: 12. Seyid Əhməd Yaqubi (k), 6. Hikmət Hüseynov, 3. Elvin Mirzəzadə, 4. Paşa Tanrıverdiyev, 10. Camal Mahmudov; 11. Seyid Məhəmməd Musəvi.
Məşqçi: Fariz Əkbərov.
Qollar: H.Rizvan, 2 (1:0). S.M.Musəvi, 12 (1:1). H.Rizvan, 12 (2:1). H.Rizvan, 18 (3:1). F.Mazahevi, 18 (4:1). H.Rizvan, 24 (5:1). F.Mazahevi, 25 (6:1). H.Rizvan, 26 (7:1). H.Rizvan, 27 (8:1). H.Hüseynov, 28 (8:2). H.Hüseynov, 31 (8:3). H.Rizvan, 31 (9:3). F.Mazahevi, 34 (10:3). M.Nəsirzadə, 38 (11:3). M.Nəsirzadə, 39 (12:3). H.Rizvan, 40 (13:3).
Vərəqələr: H.Hüseynov, 13. P.Tanrıverdiyev, 18. N.Şahin, 30 - sarı.
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vaqif Musayev
19 dekabr. Olimpik Star.
1. Ekol 12 9 2 1 99-28 29
2. Araz 12 8 3 1 98-29 27
3. Neftçi 12 9 0 3 64-33 27
4. Xəzər Cənub 12 6 2 4 120-43 20
5. Yasamal 11 3 1 7 65-56 10
6. Liman 11 2 0 9 37-126 6
7. Yasamal İSK 12 0 0 12 36-204 0
Bombardirlər: Hadi Rizvan (Xəzər Cənub) - 43, Xətai Bağırov (Araz), Namiq Məmmədkərimov (Ekol) - 27.