• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

Bir tribuna qalmışdı...

19 dek, 18 - 13:38847

Bir ölkədə ki azarkeş yoxdu, onun futbolu da ola bilməz. İstəyirsən Messini gətir, ya Ronaldonu, lap Anatoli Banişevski qəbirdən durub gəlsin, xeyri yoxdu. Futbola rəng qatan təkcə meydanda top dalınca qaçanların etdiyi hərəkətlər deyil. Sizi inandırım, tribunalar boş olandan sonra futbolçuların özləri də bunda maraqlı olmayacaq. Çünki onlar şounu azarkeşlər üçün göstərir. Çörəkləri tribunadakılardan çıxır. Azarkeş olmayandan sonra kimdi illik abunə biletlərindən qazanan, kimdi stadionda bannerini yerləşdirən və ya Neymarın, Salahın, Modriçin hansı şirkətin dəstlərindən yararlanmasının nə önəmi? Deməyim odu ki, futbolçular milyonları fanatın sayəsində qazanır.
“Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev “Bandotdel”ə çağırılıb. Hansısa şəxsi məsələyə görə yox ha. Sırf başçılıq etdiyi qrupun tribunadakı əməllərinə görə. Uca səslə qışqırıblarmış, oturacaq sındırıblar, Rəhim Həsənovu söyüblər, hə, bir də ən vacib məqam – hansısa dövlət məmurunu istefaya səsləyiblər.
Həmin oyunu canlı izləyən biri kimi əminliklə deyə bilərəm ki, orda hansısa məmurun ünvanına söyüş işlədilməyib. Kimi söyəcəklər? Həmin gün hava yağışlı olduğuna görə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi, yoxsa “Əlincə Arena”nın tikintisi üçün şəhərin mərkəzini yox, Masazırı məsləhət görən paytaxtın sabiq meri Hacıbala Abutalıbovu? İnandırıcı deyil axı. Uzağı Hakimlər Komitəsinin sədri Frits Stuxliki söyərdilər, ən pis halda ölkə futboluna cavabdehlik daşıyan Rövnəq Abdullayevi. Onu da söyə bilməzlər, daha doğrusu, söyməzlər. Çünki hara fırladırsan-fırlat, adam həm də “Neftçi” üçün pul çıxan mənbənin (ARDNŞ) şefidi. Özü də vaxtilə klubun rəhbəri olub, zaman-zaman “ağ-qaralar”a sevgisini göstərib. Baş katib Elxan Məmmədovun təhqir olunması, ya da istefaya səslənməsi ehtimalı ola bilər ki, bu da normaldı. Bu fakt əldə əsas tutulsa, gərək ölkənin ən azı yarısı “Bandotdel”ə dəvət olunsun.
“Bandotdel” – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (nə sirri-xudadısa, adam adını yazanda belə, ürəyi çırpınır). Adından da göründüyü kimi, bu orqan mütəşəkkil cinayətkarlıqla məşğul olur. Yəni ölkədə iğtişaş yaratmaq istəyənləri saxlayır, odlu silah saxlayanları, alıb-satanları həbs edir, polisin yaxalaya bilmədiyi cinayətkarları aşkara çıxarır, bir sözlə, sanballı işlərlə məşğul olur. Sübhan Əliyev kimi bacarığı boğazını tribunadan yırtmağa bəs edən birini saxlayıb, səhərdən axşama kimi dindirmək, inandırım sizi, orda oturanlar üçün vacib məsələ deyil. Nə var ki, tribunada 50-100 oturacaq sındırıblar, səs-küylərini başlarına atıblar.
Ay başına döndüyüm, həddini aşan azarkeşi tənbeh etməyin yolu var da. Mindirirsən polisin xidməti maşınına, aparırsan bölməyə. İzahatını alırsan, cəriməsini yazırsan, bir az da hədə-qorxu gəlirsən, bəs edir. Sabah yenə eyni adamı saxlayanda qanun çərçivəsində bir az da sərt tədbir görürsən. Bunu hamı bilir də. Odu ki, Sübhanın “Bandotdel”ə çağrılması sıradan işə oxşamır. Mütləq və mütləq futbolun başında duranlardan kimsə adı çəkilən orqana bu barədə məlumat verib, ağız açıb, xahiş edib. Ki, “Forza Neftçi” ölmüş Azərbaycan futboluna rəng qatır, bəzək verir. Onları elə hala salın ki, ya stadiona gəlməsinlər, ya da qışqırmasınlar. Tamaşaya baxıb getsinlər.
Yetər, ay bu işə qol qoyanlar, başında duranlar, ortaya ideya atanlar. Yetər! İllərdi ölkə başçısının futbola ayırdığı milyonlar, bəlkə də milyardlar suya atılıb. Nə futbol var, nə də futbolçu. Bölgə futbolunu məhv etdiz, sponsorları iyrəndirdiz, yığma üzvlərinə haqq etmədikləri yüzminləri, milyonları verib futboldan doydurduz. Yarıtmaz siyasətlə futbolun “anasını ağlatmısız” və hələ də əməlinizdən əl çəkmirsiz. Heç olmasa, tribunalarla işiniz olmasın. İmkan verin, xoş gələcəyə ümid edib stadionlara gələn 100-200 nəfər “qurdunu öldürsün”. Xaricdən gələnlər də tribunalara baxıb elə bilsinlər ki, bizdə də futbol var.
P.S. Sübhanla hər söhbətimdə tribunada söyüş söyülməsinə qarşı çıxdığımı demişəm. Qatı əleyhinəyəm. Çünki mən də öz balamla oyunu stadionda izləmək istəyirəm. Amma bu problemi həll etməyin yolu azarkeşi “Ankara liseyi”ndən bir tin yuxarıdakı beşmərtəbəli binaya çağırmaq deyil axı.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
“Dinamo”nun azarkeşləri “Forza Neftçi”nin üzvlərini təəccübləndirib
backend
“Forza Neftçi” Tiflisdə komandaya dəstək verəcək?
backend
Füzuli Cavadovun son müsahibəsi
backend
Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı
backend
Samir Zərgərov vaxtını güləşçi dostları ilə keçirir
backend
“Elə bir vəziyyət yaranıb ki, adam söz də deyə bilmir”
backend
Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir
backend
“Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi
backend
Niyə stadiona gəlmirsən, azarkeş?!
backend
“Forza Neftçi”nin rəhbəri üsyan etdi
backend
“İmarət” polisləri Baş Prokurorluqla hədələdi
backend
Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək
backend
Turdan məqamlar
backend
“Sizi inandırım, 90 nəfərdən 88-i “Neftçi”nin adını çəkəcək, “Qarabağ”ın yox”
backend
“Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib
backend
Sübhan Əliyev səhv etdiklərini boynuna aldı
backend
“Old Wolf”un 1 yaşı tamam oldu
backend
“Forza Neftçi” yubileyini qeyd etdi
backend
“Forza Neftçi”nin rəhbərindən sərt mesaj
backend
Polis bölməsinə aparılanlardan ikisi “İmarət”çi olub
backend
“Forza Neftçi” qeyri-müəyyənlik içindədi
backend
“Forza Neftçi” bu gün önəmli qərar verəcək
backend
“Forza Neftçi”nin “Qarabağ”la oyunda olub-olmayacağı bilinmir
backend
Slavçev Ronaldonu Messidən üstün tutdu
backend
Azarkeş qrupları tribunanı “Forza Neftçi”siz təsəvvür edə bilmir
backend
“Forza Neftçi” bir müddət stadionlara getməyəcək
backend
“Emireyts”də 21 minə yaxın azarkeş olub
backend
O ah bir gün sizi də tutacaq
backend
“Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır
backend
Futbol(çu)suz ölkə
backend
“Forza Neftçi” Gəncəyə 25-30 nəfərlə gedir
backend
Turdan məqamlar
backend
“Azərsun Arena”da 500-ə yaxın “forzalı” olacaq
backend
Fanklublar yığmadan incik düşüb
backend
“Forza Neftçi” 150 fanatla “Kapital Bank Arena”ya gedəcək
backend
“Xəzər” dəstək üçün 5 manata azarkeş axtarır
backend
“Forza Neftçi” 9 yaşını 100 nəfərlə qeyd etdi
backend
“Forza Neftçi”nin rəhbəri “Binə”yə kömək edir
backend
Ramin Musayev Sumqayıtda tribuna tikəcək
backend
“Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi

GÜNÜN XƏBƏRİ

backend
"Turan Tovuz"un baş məşqçisi bəlli oldu
17 may, 22 - 19:50360

XƏBƏR LENTİ

“Limit götürülsə, iki-üç manatlıq legionerləri tökəcəklər meydana, azərbaycanlı futbolçular isə..”
22:1717 may
PSJ-nin müsəlman futbolçusu Fransada qalmaqala səbəb oldu
21:5017 may
Mahmud Qurbanov da “Zirə” dedi, Rəşad Sadiqov da
21:1817 may
Pley-offun ilk mərhələsinin qalibləri müəyyənləşdi
20:4717 may
“Yenidən dünyaya gəlsəm, yenə futbolçu olmağı seçərdim” - MÜSAHİBƏ
20:1917 may
Fabreqas qəti qərara gəlib
19:5417 may
"Turan Tovuz"un baş məşqçisi bəlli oldu - ÖZƏL
19:5017 may
Mahir Emreliyə Xorvatiya çempionu olduğu üçün medal veriləcək? - ARAŞDIRMA
19:3717 may
Bütün fransalı legionerləri qabaqladı
19:1617 may
Bir oyunda 15 (!) seyv etdi və son 3 ilə damğa vurdu!
18:5617 may
Mane reytinq siyahısında Salahı arxada qoydu
18:3117 may
Nurlan İbrahimovun məsələsi yenə uzandı - ÖZƏL AÇIQLAMA
18:0517 may
Zambiyalılar Elxan Abdullayevin gözünü qorxudub - ÖZƏL
17:5017 may
"Şamaxı-2" gümüş medala yiyələndi - YENİLƏNİR
17:4417 may
İbrahimoviç yaşıl meydanı birdəfəlik tərk edəcək?
17:1817 may
"Baş məşqçi ilə ümumi durumu dəyərləndirəcəyik" - MÜSAHİBƏ
16:5417 may
Dünya Kuboku yarışlarında ölkəmizi təmsil edəcək komanda bu adlardan seçiləcək
16:5317 may
Kyellininin statusu ona həvalə olunacaq
16:3217 may
“Araz Naxçıvan”a böyük hesabla qalib gəlməli olan komanda indi belə bəhanələr axtarır” - Azər Bağırov
16:1917 may
EKOL dağıldı! - ÖZƏL
15:5717 may
"Sabah" və "Neftçi" basketbol çempionatında çıxış edəcək?
15:5417 may
Azərbaycanlı idman vəkili beynəlxalq təşkilata üzv oldu - AÇIQLAMA
15:3517 may
“Qəbələ” yeni legionerlərlə danışıqlara başlayıb - ÖZƏL
15:1717 may
Cokoviç 1000-ci qələbəsini qazandı
13:5817 may
"Çempionata başlayanda qarşımıza mükafatçılar sırasında yer almaq tapşırığı qoyulmamışdı" - AÇIQLAMALAR
13:3317 may
Nəticə olmayanda yumruqlar işə düşür...
13:1717 may
Vətən müharibəsinin qəhrəmanları “Araz Naxçıvan”ın sevincinə şərik çıxdılar - AÇIQLAMALAR
12:5617 may
“Barselona”nın sabiq vitse-prezidenti Bakıya gəlir - ÖZƏL
12:3517 may
“Azərlotereya” ASC “Bakı Marafonu-2022”-nin tərəfdaşı oldu
12:1917 may
"90 dəqiqə rəqibi təzyiq altında saxladıq" - Elxan Abdullayev
12:1017 may
Basketbol Fedarasiyasının yeni loqosu
11:5917 may
Federasiya rəsmisi Avropa çempionatının oyunlarına təyinat aldı
11:4617 may
Messi "İnter Mayami"yə keçəcək
11:2717 may
"Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin trasında dəyişiklik edilib
10:4817 may
Zəfər Kubokunda 2-ci turun oyunları keçirilib - FOTOLAR
10:3017 may
"Qarabağ" haqqında kitabın ingilis versiyası satışda
10:1317 may
Gündoğan "Siti"dən ayrılmağa hazırlaşır
09:4417 may
"Çelsi" müdafiəçisi ilə yollarını ayırır
09:3017 may
Azərbaycan nümayəndəsi yüksək hakimlik dərəcəsi qazandı
09:2017 may
Beyl "Real"dan gedir
23:4316 may
Karateçimiz Mərakeşdə bürünc medal qazandı
23:2416 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə