Bir neçə ay əvvəl İngiltərə futbolunun gündəmini zəbt edən Tonda Ekkertin aqibəti müəyyənləşib. İngiltərə Futbol Assosiasiyası (İFA) “Sauthempton”un baş məşqçisinin səbəbkar olduğu “casus qalmaqalı” üzrə araşdırmanı başa çatdırıb.
"Football-plus.az" xatırladır ki, Ekkert 2025/26 mövsümündə “Midlsbro”, “Oksford Yunayted” və “İpsviç”in məşqlərini izləməyi təşkil etməkdə ittiham olunub. Hadisə ilə bağlı qalmaqal nəticəsində “Sauthempton” mayda çempionşipin pley-off mərhələsinin finalından kənarlaşdırılıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, 33 yaşlı mütəxəssis 6 həftəliyə diskvalifikasiya edilib. Lakin cəza şərti xarakter daşıyır və 2027/28 mövsümünün sonuna qədər qüvvədə olacaq. Bu səbəbdən Ekkert rəsmi oyunlar zamanı komandaya kənardan istədiyi təlimatları verə, heyətdə yerdəyişmə edə biləcək. O, həmçinin 33 min avro cərimələnib.
“Casus” məşqçinin aqibəti bilindi
Dünya futbolu






