Amin Seydiyev premyer-liqada 200-cü oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, “Zirə”nin futbolçusunun yubileyi “Şamaxı” ilə matça (1:1) təsadüf edib. Müdafiəçi Misli premyer-liqasının 7-ci turuna start heyətində çıxıb.
Debütü 2018/19 mövsümündə gerçəkləşən Seydiyev 200 qarşılaşmada 6 qol vurub. O, bu müddətdə üç klubun formasını geyib. Müdafiəçi “Qəbələ”də 31 (1 qol), “Sabah”da 162 (5 qol), “Zirə”də 6 dəfə şans qazanıb.
Amin premyer-liqada 200-ə çatdı
Ölkə futbolu





