Sizin reklam burada

Tərlan Əhmədov "Keşlə"yə istirahət vermədi, "Bakı"nın bazasına apardı

Title
Tərlan Əhmədov "Keşlə"yə istirahət vermədi, "Bakı"nın bazasına apardı
"Keşlə" kubokun cavab görüşünün hazırlığına dərhal başlayıb. Baş məşqçi Tərlan Əhmədov yetirmələrinə istirahət verməyib. Komanda dünən "Bakı"nın bazasında məşqə çıxıb. Bugünkü məşq isə "ASK Arena"da olacaq. Paytaxt təmsilçisi "Qarabağ"la cavab görüşünə itkisiz hazırlaşır. Komandada cəzalı və zədəli futbolçu yoxdu. Təbii ki, uzun müddətdi zədədən əziyyət çəkən Fuad Bayramov və Azər Salahlı istisna olmaqla. Yeri gəlmişkən, Fuad artıq toplu çalışmalara başlayıb. Ayağını topa öyrəşdirməyə çalışan yarımmüdafiəçi hələ komandaya qoşulmasa da, fiziki-bərpa prosesini uğurla keçir. Böyük ehtimalla, Tərlan Əhmədov onu da Antalyaya toplanışa aparacaq. Salahlı isə gipsdən azad olsa da, hələ də çəliklə gəzir. Onun dönüşü bir qədər yubanacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.