Premyer-liqa və birinci divizion oyunlarına təyinat alan hakimlər və hakim-inspektorlar üçün seminar keçirilib. Seminara UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik rəhbərlik edib. Hakimlər və hakim-inspektorlar yerli və xarici ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, müzakirələr aparıb, UEFA-nın yeni qiymətləndirmə sistemi ilə tanış olublar.