• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Futbol+” “ilin futbolçusu”nu seçir!

Ölkə futbolu

19-12-2018, 13:0

“Futbol+” “ilin futbolçusu”nu seçir!
2018-ci ili başa vurmağımıza iki həftədən az qalır. 19 illik ənənəyə sadiq qalaraq, üzərinə düşən görəvi yerinə yetirməyə çalışan “Futbol+” yubiley – 20-ci dəfə təşkil edəcəyi “ilin futbolçusu” və “ilin idmançısı” sorğusunun hazırlığına başlayıb.
Şübhəsiz, son seçim bizim əlimizdə deyil. Odu ki, futbol ictimaiyyətindən daha diqqətli olmağı xahiş edirik. Həmişəki kimi, AFFA nümayəndələrindən tutmuş inspektorlara, hakimlərə, yığma və klub məşqçilərinə, kapitanlara, futbol veteranlarına, jurnalistlərə və əvvəlki qaliblərə, azarkeşlərə qədər hər kəsə şəffaf seçim imkanı yaradacağıq və qalib bunun əsasında bilinəcək. Bir sözlə, 20 illik təcrübəmizin məhsulu olan ümumimilli sorğuda yenə kifayət qədər respondentin rəyi öyrəniləcək.
İlin ən yaxşılarının seçimində “SMS-sorğu”nun da nəticələri nəzərə alınacaq. Azarkeşlər sevimli futbolçularının adını telefonlarının SMS yerinə yazıb 077 300 09 10 nömrəsinə və ya football-plus@box.az e-mail ünvanına məktub göndərməklə səslərini qeydiyyata aldıra bilərlər.
Onu da vurğulayaq ki, “Futbol+”in namizədləri əlifba sırasına görə düzülüb.
Araz Abdullayev – Qarabağ/Anortosis (Cənubi Kipr)
Emin Mahmudov – Neftçi
Kamran Ağayev – Keşlə
Qara Qarayev – Qarabağ
Mahir Mədətov – Qarabağ
Maksim Medvedev – Qarabağ
Mirabdulla Abbasov – Neftçi
Riçard Almeyda – Astana (Qazaxıstan)/Qarabağ
Ruslan Qurbanov – Səbail/Qəbələ
Təmkin Xəlilzadə - Qəbələ

Qəzetimizin ötən sayında namizədlərdən üçünün – Emin Mahmudov, Mirabdulla Abbasov və Ruslan Qurbanovun statistik göstəricilərini təqdim etmişdik. Sırada Riçard Almeyda, Kamran Ağayev və Təmkin Xəlilzadədi.

Riçard Almeyda
“Futbol+” “ilin futbolçusu”nu seçir!
Namizədliyini şərtləndirən səbəblər
Riçard bir ildə 2 çempionluq sevinci yaşamaqla unikal göstəriciyə sahibdi. O, yayda “Qarabağ”la 5-ci çempionluğu bayram etdikdən sonra “Astana”ya üz tutdu və “yaz-payız” sistemi ilə keçirilən Qazaxıstan çempionatında da eyni uğura imza atdı. Düzdü, braziliyalı milli üzvü bir neçə “cəbhə”də çıxış etməsinə rəğmən, il ərzində cəmi 39 oyun keçirib. Bu baxımdan “10-luq”dakı namizədlərimizdən dördündən geri qalır.
Premyer-liqa
“Qarabağ”ı növbəti çempionluğa aparan yolda Riçardın əməyi danılmazdı. İllərdi “lokomotiv” rolunu yüksək səviyyədə yerinə yetirən yarımmüdafiəçi 2018-in əvvəlindən yaya kimi premyer-liqada 11 oyunda meydana çıxmışdı. 931 dəqiqə ərzində 2 qol və 3 sarı vərəqə ilə yadda qalan Riçard Qazaxıstan çempionatında 8 görüşdə forma geyib. “Astana”nın heyətində orta hesabla hər oyunda 55 dəqiqə meydanda qalan braziliyalı 1 qol vurmağa imkan tapıb.
Kubok
Almeyda “ikinci cəbhə”də çıxış etməyib. Maraqlıdı ki, o, nə “Qarabağ”ın heyətində, nə də “Astana”da kubok matçının iştirakçısı olub.
Avrokubok
Avrokuboklarda “Astana”ya qulluq edib. Dördü Çempionlar Liqası, 7-si Avroliqada olmaqla 11 oyunda meydana çıxıb və 620 dəqiqə top qovub. Qazaxıstan çempionuna qolla kömək edə bilməyib, 3 matçda isə sarı vərəqə alıb.
Yığma
“Milliləşdirilən” legioner Qurban Qurbanovdan 9 dəfə dəvət alıb. Bunlardan 6-sı Millətlər Liqasına, 3-ü isə yoldaşlıq görüşlərinə təsadüf edib. İl ərzində 6 dəfə qol sevinci yaşayan Almeyda bunun yarısına millimizin formasında nail olub. Makedoniya ilə yoldaşlıq görüşündə (1:1) bərabərlik qolunun müəllifi olubsa, Millətlər Liqasında Farer adaları üzərində səfərdəki darmadağında dublla yadda qalıb.

Kamran Ağayev
“Futbol+” “ilin futbolçusu”nu seçir!
Namizədliyini şərtləndirən səbəblər
İli titulla başa vurması - “Keşlə” ilə kuboku başı üzərinə qaldırması, avrokubokda iştirak etməsi, üstəlik, milliyə də daim çağırılması təcrübəli qapıçının xeyrinə olan amillərdi.
Premyer-liqa
2017/18 mövsümü onun üçün elə də uğurlu alınmadı. Belə ki, “Keşlə” premyer-liqada mükafatçı yeri tuta bilmədi. O, 9 oyunda iştirak edib və cəmi 717 dəqiqə “çərçivə”də dayanıb. Qapısından isə 10 top buraxıb. Cari mövsümdə zədə səbəbindən cəmi 2 görüşdə forma geyməyib, qalan 12 oyunda isə əvəzedilmədən qapıda dayanıb. Üç sarı vərəqə alan Ağayev qapısında 16 qol görüb.
Kubok
Premyer-liqada uğurlu ola bilməsə də, kubokda komandası finala qədər irəliləyib həlledici oyunda da “Qəbələ”yə qalib gəldi. Qənimətin əldə olunmasında onun əməyi daha çox oldu. Hər halda, saysız-hesabsız qurtarışları ilə komandasının uğurunda əsas pay sahiblərindən idi.
Avrokubok
Yayda Avropa Liqasında çıxış etsə də, “Keşlə” “Neftçi” və “Qəbələ” kimi ilk mərhələdə mübarizəni dayandırdı. Ancaq Malta klubu “Baltsan”dan 2 oyunda 5 qol buraxması milli üzvünə yaraşmadı.
Yığma
Millətlər Liqasını yeganə məğlubiyyətlə başa vuran və məhz Kosovodakı yenilgi ilə məqsədinə nail olmayan yığmanın uğursuzluğunda Kamranın da “payı” var. Yersiz zədə almasaydı və həlledici səfərə yollansaydı, bəlkə də hadisələr belə cərəyan etməyəcək, AFFA Qurban Qurbanovu baş məşqçi postunda saxlayacaqdı. Ağayevin milli formanı 10 dəfə geydiyini, bunun yarısının Millətlər Liqasına, yarısının da yoldaşlıq görüşlərinə təsadüf etdiyini vurğulayaq. O, 10 oyunda 855 dəqiqə ərzində 8 dəfə topu tordan çıxarmalı olub.

Təmkin Xəlilzadə
“Futbol+” “ilin futbolçusu”nu seçir!
Namizədliyini şərtləndirən səbəblər
Təmkin 2018-ci ili həm premyer-liqada, həm də ölkə kubokunda gümüş medalla başa vurdu. 2017-nin sonlarında millidə debüt edən və cəmi 2 oyuna çağırılan yarımmüdafiəçi geridə qoyduğumuz ildə artıq əsas komandada möhkəmləndi. Hər halda, o, bu il 8 dəfə milli formanı geydi. Təmkinin il ərzində 37 oyuna çıxdığını da əlavə edək.
Premyer-liqa
2017/18-in ikinci yarısında “Qəbələ”yə 12 oyunda xidmət edən Təmkin 3 sarı vərəqə ilə yadda qaldı. Cari mövsümdə isə 2 dövrə ərzində 11 matça çıxıb. Bunların birində - “Sumqayıt”la evdə 1:1 başa çatan oyunda qol vuran Xəlilzadə daha çox intizamsızlığı ilə diqqəti çəkib. Belə ki, o, 2 dəfə meydandan qovulub, daha 3 oyunda sarı vərəqə alıb.
Kubok
Titula aparan yolda həlledici 3 matçda 225 dəqiqə forma geyən Təmkin qol vura bilməsə də, finala qədər uğurlu çıxışda pay sahiblərindən olmuşdu. 2018/19 kubok mövsümündə isə hələlik 1 oyun keçirib. “Sabah”la iki gün əvvəlki görüşdə 90 dəqiqə meydanda olub.
Avrokubok
Təmkin Avroliqadakı uğursuzluqda hamıdan çox günahlandırılmalıdı. Hər halda, iki oyunun nəticəsinə görə Lüksemburq təmsilçisi “Proqress”ə uduzan “Qəbələ” bəlkə də səfər oyununda bərabərliyi təmin edəcəkdi. Ancaq məhz Təmkinin aldığı qırmızı vərəqədən sonra komanda “ağ bayraq qaldırdı”. Yarımmüdafiəçi Qəbələdəki ilk oyunda da sarı vərəqə almışdı.
Yığma
Qeyd etdiyimiz kimi, Təmkin 2018-ci ildə yığmanın 8 oyununda forma geydi, hətta qol hesabını da açmağa fürsət tapdı. Malta ilə səfər oyununda fərqlənən “Qəbələ”li Millətlər Liqasındakı 5 oyunda 343 dəqiqə top qovub. Bir qoldan başqa, bir vərəqə də alıb. O, 3 yoxlama görüşündə isə 143 dəqiqə meydanda qalıb və Qazaxıstanla oyunda xəbərdarlıqla üzləşib.
MİRAĞA

Oxunub: 934
Paylaş:
Digər xəbərlər

Aktual

16-12-2018, 14:0

Ümummilli sorğu start götürür!

Aktual

18-12-2018, 18:0

İlin futbolçusunu birlikdə seçək!

Aktual
İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
İlin ilk ayında ən çox qol vurmuş futbolçular - SİYAHI
FIDE yeni reytinq siyahısını açıqlayıb
Son xəbərlər
  • Dünən, 23:50
    Təmkin Xəlilzadə futbolu futzala dəyişdi - AÇIQLAMA
  • Dünən, 23:40
    "Səbail"in legionerinin zədəsinə aydınlıq gəldi - AÇIQLAMA
  • Dünən, 23:30
    U-21-in seçmə mərhələ oyunlarının təqvimi açıqlandı
  • Dünən, 23:10
    "Qəbələ"də yubiley
  • Dünən, 22:58
    55 yaşında Portuqaliyaya transfer olundu!
  • Dünən, 22:30
    ''Siti''nin skautları Arda Gülər ilə bağlı hansı qərara gəldi?
  • Dünən, 22:10
    ''Qalatasaray'' Türkiyə futbolunda yeni tarix yazdı
  • Dünən, 21:55
    “Bavariya” ilə ilk oyunu buraxa bilər
  • Dünən, 21:30
    İbrahimoviç sıraya nə vaxt dönəcək?
  • Dünən, 21:10
    MY-də rəqib tanımır
  • Dünən, 20:55
    2023-cü ildə ilk qələbə
  • Dünən, 20:30
    Müdafiəçi 600 xal həddinə çatdı
  • Dünən, 20:10
    Şöhrət Zalının nümayəndəsi dünyasını dəyişdi
  • Dünən, 19:55
    Mbappe "Bavariya"ya qarşı oynamayacaq
  • Dünən, 19:30
    Son çempion yeni mövsümə qələbə, vitse-çempion heç-heçə ilə başladı - REPORTAJ
  • Dünən, 19:21
    "Ayaks"da yeni baş məşqçi
  • Dünən, 18:51
    Amerika Kuboku-2024 ABŞ-da təşkil ediləcək
  • Dünən, 18:23
    “Palmeyras”ın ilk uğuru - REPORTAJ
  • Dünən, 17:59
    “Fənərbaxça” tarixi rekorda imza atdı
  • Dünən, 17:42
    “Fənərbaxça”nın transfer gündəmi
  • Dünən, 17:18
    “Qalatasaray”da transfer yenilikləri
  • Dünən, 16:53
    İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
  • Dünən, 16:31
    U-19 millimiz Antalyaya bu futbolçularla gedir
  • Dünən, 16:05
    Yığmamızın oyunlarının təqvimi
  • Dünən, 15:49
    “Zirə” “Neftçi”yə yaxınlaşmaq fürsətini qaçırdı – TURUN ŞƏRHİ
  • Dünən, 15:32
    Teymur Rəcəbov Ələkbər Məmmədovu ən yaxşı sayır - MÜSAHİBƏ
  • Dünən, 15:18
    Misli Premyer Liqasının 21-ci turu rəqəmlərin gözü ilə
  • Dünən, 14:55
    Boksçularımızın Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli oldu
  • Dünən, 14:38
    Polis Öməri saxladı
  • Dünən, 14:10
    Daniel Alveşin törətdiyi şok əməlin təfərrüatı - YAZI
  • Dünən, 13:54
    “Sabah”ın futbolçuları Premyer Liqada yubiley qeyd edib
  • Dünən, 13:39
    PSJ üzvü Liqa 1-də qol vuran ən gənc oyunçu oldu
  • Dünən, 13:18
    Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
  • Dünən, 12:51
    Azərbaycan Serbiya və İngiltərə ilə eyni qrupda
  • Dünən, 12:38
    "Səbail" üçün əlamətdar hadisə
Daha çox
Oxunub: 2 497
“Ximki”nin azərbaycanlı sponsoru: “Oğlum oynayanda da komanda uduzurdu, oynamayanda da”
Oxunub: 1 971
“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb
Oxunub: 1 391
Mahir lağlağını haqq edir? - KÖŞƏ
Oxunub: 821
Vüqar Nadirov “Təkərdə” şousu ilə çempionat oyunlarını müqayisə etdi
Oxunub: 692
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Oxunub: 391
Bir yerdə böyüyən məşqçilər niyə mübahisə edib? - AÇIQLAMALAR
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə