Sizin reklam burada

Rüstəm Orucov çempion oldu

Baxış Sayı:624

Rüstəm Orucov çempion oldu
“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında keçirilən cüdo üzrə açıq Bakı çempionatına yekun vurulub. Üç gün davam edən turnirdə oğlanlar və qızlar 9 çəki dərəcəsində mübarizə aparıb. Xumar Qasımzadə (36 kq), Nəzakət Hüseynova (40 kq), Lətifə Abbasova (44 kq), Fatimə Məmmədli (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Səma Əliyeva (63 kq), Ləman Hüseynova (70 kq), Nərmin Əmirli (+70 kq), Nihad Xəlilov (46 kq), Sadiq Cəlalov (50 kq), Yunus Yunusov (55 kq), Turan Bayramov (60 kq), Nahid İsmayılov (66 kq), Elcan Hacıyev (73 kq), Adil Adilzadə ( 81 kq), Ruslan Nəsirli (90 kq) və Məhəmməd Məmmədov (+90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Paytaxt birinciliyinin qalib və mükafatçılarına Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.
Qeyd edək ki, çempionatda 56 klubdan 562 yeniyetmə cüdoçu yarışıb. Ölkə cüdosunun inkişafında xidmətləri olan, əməkdar məşqçi Zaur Rəcəbliyə 50 illik yubileyi münasibəti ilə federasiyanın xüsusi hədiyyəsi də təqdim olunub.
Cüdodan söz düşmüşkən, yığmamızın üzvləri Çinin Quançjou şəhərində keçirilən “World Masters” turnirini bir medalla başa vurublar. Fəxri kürsüyə Rüstəm Orucov (73 kq) qalxıb. O, uyğun ardıcıllıqla İran, Gürcüstan, Koreya və Kanada idmançılarını məğlub edərək, qızıl medal qazanıb. Uğurlu start götürən Məmmədəli Mehdiyev (90 kq) 1/4 finalda ispaniyalı, ilk təsəlliverici görüşdə isə rusiyalı rəqibinə uduzaraq 7-ci olub. Elmar Qasımov (100 kq) ilk görüşdə İrlandiya təmsilçisi ilə bacarmayıb. Eyni taleyi yapon cüdoçuya uduzan Uşanqi Kokauri (+100 kq) da yaşayıb. Uğursuz axara İrina Kindzerskaya (+78 kq) son qoymağa yaxın olub. 1/4 finalda braziliyalıya uduzan İrina ilk təsəlliverici qarşılaşmada ukraynalı rəqibini üstələsə də, “bürünc” uğrunda görüşdə bosniyalı cüdoçu ilə bacarmayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR