İran çempionatında 15-ci turun qarşılaşmalarına yekun vurulub. Növbəti oyunlarına çıxan Təbriz klubları qələbəyə həsrət qalıblar. Belə ki, çempionluq uğrunda mübarizə aparan “Traktorsazi” doğma azarkeşləri önündə ağır zərbə alıb. Təbrizlilər Xuzestan “Fulad”ı ilə bacarmayıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşakın çalışdırdığı “traktorçular” meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Təbrizin digər təmsilçisi “Maşinsazi” isə səfərdə “Padideh”lə heç-heçəyə razılaşıb - 2:2.
“Traktorsazi” 15 turdan sonra 26 xalla 4-cü, “Maşinsazi” 14 xalla 13-cü pillədə qərarlaşıb. İlk “üçlük”də yer alan “Sepahan”, “Padideh” və “Persepolis” hərəyə 31 xal toplayıb.