
ADBTİA yenidən zirvədədi!
Şənbə günü futzal üzrə birinci liqada 14-cü tura yekun vurulub. Turun ikinci oyun günü məhsuldar alınıb. Bağlanış matçı isə liderin dəyişməsiylə yadda qalıb. ADBTİA növbəti qələbəsini qazanıb və topların müsbət göstəricisinə görə yenidən turnir cədvəlində liderliyi ələ keçirib. Ən çox qol sevincini isə U-19 yaşayıb. Uğurlu çıxışı ilə diqqəti çəkən Ağatahir Əzimovun komandası rəqibi 20 dəfə meydanın mərkəzinə dəvət edib, cəmi iki dəfə topu tordan çıxarıb. Bundan başqa, “Standard” AZMİU-nu yenərək həm ən yaxın izləyicisindən bir qədər də aralanaraq 3-cü pillədə möhkəmlənib, həm də şərikli liderlərlə 1 xallıq fərqi qoruyub. “Zəngilan” isə “Çinar Cəbrayıl”ı 9 cavabsız qolla üstələyib.
Beləliklə, dekabrın 15-də gerçəkləşən qarşılaşmaların nəticələrini nəzərinizə çatdırırıq: Standard – AZMİU 6:2, Çinar Cəbrayıl - Zəngilan 0:9, Metropoliten - U-19 2:20, Green Log – ADBTİA 1:10.
Turun qalan oyunlarının nəticələri: Ulduz - Baku Fire 2:7, Yasamal-B - Füzuli 11:5, Sovetski - Abşeron 4:8, Baku Fans - Şərq 9:2.
1. ADBTİA 14 13 1 0 141-14 40
2. Baku Fire 14 13 1 0 109-22 40
3. Standard 14 13 0 1 137-34 39
4. AZMİU 14 9 1 4 89-53 28
5. Zəngilan 14 9 0 5 77-53 27
6. U-19 14 8 2 4 121-38 26
7. Green Log 14 7 1 6 67-55 22
8. Yasamal-B 14 7 1 6 68-63 22
9. Baku Fans 14 7 1 6 73-48 22
10. Metropoliten 14 6 2 6 65-97 20
11. Şərq 14 3 2 9 37-113 11
12. Füzuli 14 3 1 10 39-118 10
13. Ulduz 14 3 0 11 58-87 9
14. Abşeron 14 2 1 11 58-138 7
15. Çinar Cəbrayıl 14 1 1 12 35-123 4
16. Sovetski 14 0 1 13 32-141 1