Xəbər verdiyimiz kimi, dekabrın 15-də futzal üzrə ölkə kubokunun püşkü atılıb. Daha doğrusu, Bakı İdman Sarayında keçirilən tədbirdə ilk - 1/32 final mərhələsinin cütləri müəyyənləşib. Bu mərhələdə püşk birinci və ikinci liqa komandalarını üz-üzə qoyub. 36 komandanın (birinci liqadan 16, ikinci liqadan 20) iştirak edəcəyi 1/32 final mərhələsində yalnız son iki cüt “ikincilər”dən formalaşıb. Kubok oyunlarına gələn il yanvarın 11-13-ü aralığına start veriləcək.
Cütləri diqqətinizə çatdırırıq:
ADBTİA - Baker Hughes
Baku Fire - Baku Fire-2
Standard - STAR karqo
AZMİU - Rəvan
Zəngilan - Bibiheybət
U-19 – Advokat
Green Log - Baker Tilly
Metropoliten – Obolon
Baku Fans – Dalğa
Yasamal-B – Hövsan
Şərq – Borçalı
Füzuli - Bədr Xocalı
Ulduz - Gənclik
Abşeron - Təbriz
Çinar Cəbrayıl – Avanqard
Sovetski – Hicran
Gilan Construction – SAB
Xəzər Astara - Atletiko Baku
Bu arada püşkatma mərasimindən sonra Futzal Federasiyasının Bakı İdman Sarayındakı iclas zalında yüksək liqada çıxış edən klubların rəhbərləri ilə görüş keçirilib. İlk iki dövrə ilə bağlı məsələlər müzakirə edilib, qış fasiləsi, eləcə də pley-off mərhələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, üçüncü dövrədən etibarən yüksək liqanın oyunları həftənin çərşənbə günü yox, cümə günü keçirilsin.