AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” tərəfindən verilən apellyasiya şikayətini təmin edib. Nəticədə paytaxt klubunun idman direktoru Ceyhun Sultanovun cəzası və cəriməsi yarıbayarı azaldılıb. Xatırladaq ki, Sultanov premyer-liqanın 13-cü turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” matçından sonra mətbuata müsahibəsində hakimlərin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə İntizam Komitəsinin qəzəbinə tuş gəlmişdi. Apellyasiya Arbitraj Tribunalı isə Ceyhun bəyin cəzalandırıldığı qarşılaşmaların sayını 10-dan 5-ə, kluba tətbiq olunan 16 min cəriməni 8 minə endirib.