
U-19-un Bakıda təlim-məşq toplanışında olduğunu bilirsiz. Vüqar Məmmədin komandası şənbə günü “Şüvəlan”la yoldaşlıq oyunu keçirib. 1:3 hesabıyla məğlub olan yığmanın qolunu Turan Vəlizadə vurub. Yeri gəlmişkən, millinin heyətinə daha bir futbolçu dəvət edilib. Rusiya “Sokol”unun hücumçusu Vəli Məmmədov U-19-un hazırlığına qoşulub.