• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə

16 dek, 18 - 14:38686

Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə
Gələn həftənin cümə axşamı mövsüm rəsmən yarılanacaq. Belə ki, dekabrın 19-da və 20-də ölkə kubokunda 1/4 final mərhələsinin cavab görüşlərindən sonra qış fasiləsi elan olunacaq. Bu gün isə 1/4-ə start veriləcək. Reqlamentə görə, ilk mərhələnin qalibləri bir oyunun nəticəsinə əsasən müəyyənləşmişdisə, bu mərhələnin qalibləri 2 görüşdən sonra bəlli olacaq. İki gün ərzində keçiriləcək qarşılaşmaların iştirakçıları da bir-birnə “tən”di. Belə ki, bu mərhələdə yalnız Topaz premyer-liqası təmsilçiləri mübarizə aparacaq. 1/8-dən mübarizəyə qoşulan divizion təmsilçilərindən heç biri mərhələ adlaya bilmədi. Üz-üzə gələcək cütlərdən birindəki rəqiblər əvvəllər də qarşılaşıb. Digər cütlər ilk dəfə kubokda görüşəcək.
Mərhələnin ilk görüşlərindən üçü Bakıda, biri bölgədə baş tutacaq.
1/4 finala “Dalğa Arena”da start veriləcək. “Zirə” Mərdəkanda “Səbail”i sınağa çəkəcək. Zirəlilərin kubokda uğura daha çox ehtiyacı var. Çünki qəsəbə təmsilçisi çempionatda sonuncu yerdə qərarlaşıb və premyer-liqadan Avropa Liqasına yollanmaq şansı azdı. Kubokda isə yol qısadı. Komanda qışa autsayder kimi yollansa da, “ikinci cəbhə”də qazanılacaq uğur əhval-ruhiyəni bərpa edə bilər. Ancaq “Səbail” də işini ehtiyatlı görməyə çalışacaq. Aftandil Hacıyevin komandası qış fasiləsinə 3-cü yerdə yollansa da, mövsümü məhz mükafatçılar sırasında bitirəcəyi zəmanətli deyil. Komanda bu mərhələni adlasa, təzyiqdən qurtulmuş olacaq.
“Zirə”əvvəlki 4 kubok mövsümündən birincisi istisna olmaqla, son üçündə məhz 1/4-də mübarizəni dayandırıb.“Səbail” 2016/17-də ilk mərhələdə yarışı tərk edibsə, ötən mövsüm 1/4-ə yüksəlib və burda “Qəbələ” ilə bacarmayıb. Yəni yarımfinala adlayacağı təqdirdə, hər iki komanda ilkə imza atmış olacaq. Ümumilikdə 10 kubok matçında qüvvəsini sınayan "Zirə” indiyədək heç-heçə etməyib. Hesabında 5 qələbə və eyni sayda məğlubiyyət olan komanda 11 qol vurub, 15-ni buraxıb. “Səbail” isə 1 qələbə, 3 yenilgi ilə yadda qalıb. "Zirə” kubokda ilk dəfə "Səbail”lə görüşəcək. Bu komanda "qartallar”ın yarışdakı 7-ci rəqibi olacaq. Əvvəlki 10 matçda zirəlilər 6 klubla üz-üzə gəlib.
Günün ikinci oyunu “Bakcell Arena”da olacaq. “Neftçi” premyer-liqanın son turunda “qolunu bükə bilmədiyi” “Sumqayıt”ı qonaq edəcək. Ümumiyyətlə, tərəflər 10 gün ərzində 3 dəfə görüşmüş olacaqlar. Ancaq bu dəfə Ayxan Abbasovun yetirmələrinin işi çətin olacaq. Çünki flaqman meydana itkisiz çıxacaq. Premyer-liqanın 14-cü turunda isə komandanın əsas vuran ayağı – Baqali Dabo, eləcə də təcrübəli cinah müdafiəçisi Tural Axundov cəza səbəbindən oynaya bilməmişdi. Belə desək, “Neftçi” “Sumqayıt”ı yolunun üstündən təmizləməklə, finala yolu açmış olacaq. Çünki yarımfinaldakı rəqib ya “Səbail”, ya da “Zirə” olacaq. Bu komandalar da aşağı-yuxarı elə “Sumqayıt” səviyyəsində rəqiblərdi. Heç şübhəsiz, kubok yarışını erkən tərk etmək “ağ-qaralar”ın planlarına daxil deyil və görüşün favoriti də bakılılardı. Ancaq “ikinci cəbhə”də uğura daha çox ehtiyac duyan “Sumqayıt” sürpriz edə bilər.
Bazar günü əvvəlcə “Qəbələ” və “Sabah” münasibətlərinə aydınlıq gətirəcək. Yarışa 1/4-dən başlayan bölgə təmsilçisi debütantı qonaq edəcək. Bu, tərəflərin üçüncü dueli olacaq və yolları yalnız premyer-liqada kəsişib. Yəni “Sabah” divizionda çıxış edəndə də “Qəbələ”yə rəqib olmayıb. Komandaların çempionatdakı duellərində meydan sahibi olan tərəf minimal fərqlə qalib gəlib. Yeri gəlmişkən, ölkə kubokunda özünün 14-cü mövsümünə start verəcək “Qəbələ” indiyə qədər 59 oyun keçirib. Başqa sözlə, “Sabah”la sabahkı oyun yubiley – 60-cı matç olacaq.
Hər iki komanda meydana itki ilə çıxacaq. “Qəbələ” İlqar Qurbanovun xidmətindən yararlana bilməyəcək. Ötən mövsüm finalda “Keşlə” ilə qarşılaşan “qırmızı-qaralar” həlledici görüşün sonlarında azlıqda qalmışdı ki, İlqar aqressiv davranışa görə meydandan qovulmuşdu. İntizam Komitəsi isə onu 2 oyunluq cəzalandırmışdı. Bu da o deməkdi ki, Qurbanov “Sabah”la hər iki oyunu buraxmalı olacaq. “Qəbələ” mərhələ adlasa, o, yarımfinalda komandasına kömək edə biləcək. “Sabah”da isə Erik Ramosun cəzası davam edir. Belə ki, “Neftçi”də çıxış edərkən, 2016-cı il mayın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la final qarşılaşmasında, konkret əlavə vaxtın sonuncu - 120-ci dəqiqəsində Fariz Yusifov tərəfindən meydandan qovulan yarımmüdafiəçi 2 oyunluq cəzalanmışdı. O, “Ağsu” ilə 1/8 final mərhələsindəki görüşdə də “Sabah”a kömək edə bilməmişdi. Ramosun cəzası məhz ilk oyundan sonra başa çatacaq və o, 5 gün sonra Masazırda meydana çıxa biləcək.
Nəhayət, mərhələnin daha bir cütü “Tofiq Bəhramov”da üz-üzə gələcək. Hansı ki, dekabrın 3-də eyni məkanda və eyni saatda qarşılaşmışdılar. “Qarabağ” “Keşlə” ilə oyunun aşkar favoritidi. Tərəflərin 13-cü turdakı görüşündə qeydə alınan darmadağın da belə deməyə əsas verir. Hərçənd ağdamlılar dünən İngiltərədən dönüb, istər-istəməz “Arsenal”la oyun və yol yorğunluğu özünü göstərəcək.
Onu da qeyd edək ki, komandaların kubokda yolları indiyədək 4 dəfə kəsişib. Bunların ikisində paytaxt təmsilçisi, ikisində isə ağdamlılar dueldən qalib ayrılıb. Bu duellər çərçivəsində 7 matç baş tutub. Son 3 oyunda “Qarabağ” qol buraxmadan qələbə qazanıb.
“Qarabağ” – “Keşlə” – 7 oyun:+4=1-2, 9-5.
2004/05 1/8 final Qarabağ - İnter 1:0, 0:2
2007/08 1/4 final Qarabağ - İnter 2:2, 0:1
2008/09 final İnter - Qarabağ 0:1
2015/16 yarımfinal İnter - Qarabağ 0:4, 0:1
Qeyd edək ki, bütün oyunlar “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayınlanacaq.
Ölkə kuboku
1/4 final
15 dekabr
7. Neftçi – Sumqayıt
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Cəzalı: yoxdu.
Bakı. Bakcell Arena. Saat 19.00

8. Zirə – Səbail
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Fizuli Nəcəfov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Cəzalı: yoxdu.
Mərdəkan. Dalğa Arena. Saat 17.00

16 dekabr
5. Qəbələ – Sabah
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Cəzalılar: İlqar Qurbanov (Qəbələ), Erik Ramos (Sabah).
Qəbələ. Şəhər stadionu. Saat 14.00

6. Qarabağ – Keşlə
Hakimlər: VÜQAR HƏSƏNLİ, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov.
Hakim-inspektor: Murad Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Cəzalı: yoxdu.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
“Araz” mübarizəyə ilkin mərhələdən başlayacaq
backend
“Araz”ın rəqibləri iyulun 7-də müəyyənləşəcək
backend
“Qəbələ” Bakıda hazırlıq keçəcək
backend
“Qəbələ”nin “Qarabağ”la 58-ci dueli
backend
Kubokda 1/4 finalçılar bəlli oldu
backend
PFL həsrətlə gözlənilən təqvimi açıqladı
backend
Şeydayevli “Dinamo” kubokda dayandı
backend
PFL tam təqvimi açıqladı
backend
MFL-ə pulsuz qatılan 5 komandadan biri ol!
backend
“Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq?
backend
“Topaz” mayın 28-də festivala başlayır
backend
1/8 finalın oyun günləri müəyyənləşdi
backend
“Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq
backend
Futzalın kubok mənzərəsi
backend
Kubok sürprizlərlə başladı
backend
“Neftçi” möcüzə axtarışında
backend
Ölkə kubokunun püşkü atılacaq
backend
“Qış çempionu” bu gün bəlli olacaq
backend
Yığma 3-cü səbətdə
backend
Tura Tovuzda start veriləcək
backend
“Zirə” “AZAL Arena”da oynayacaq
backend
PFL təqvimi açıqladı
backend
Yeni mövsümün ilk püşkü atıldı
backend
“Qarabağ”ı Çempionlar Liqasında kimlər gözləyir?
backend
1/4 finala mayın 7-də yekun vurulacaq
backend
Ölkə kubokunun püşkü atıldı
backend
Finala gedən yolda ilk döyüşlər...
backend
UEFA yeni avrokubok mövsümünün formatını açıqladı
backend
"Səbail": Bakıda "Sabah", Antalyada "Çernomorets"lə start
backend
Kubok üç ildən sonra yeni sahibinə qovuşacaq
backend
“Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər
backend
“Neftçi” yenə kubokda sevinəcək?
backend
Premyer-liqa "Bayıl Arena”da yarılanacaq
backend
“Birincilər” yenə 1/4 finaldan kənarda qaldı
backend
Kamranın ayağı düşərli oldu
backend
AÇ-nin qrup oyunları nə vaxt başlayacaq?
backend
Ölkə kubokunun qalibləri müəyyənləşdi
backend
“İnter” “Zirə”nin uğurunu təkrarlamalıdı
backend
“Kəpəz” iyulun 8-də “Bakı”nı sınağa çəkəcək
backend
UEFA yeniliklərlə bol olan ÇL-in səbətlərini açıqladı

GÜNÜN XƏBƏRİ

backend
"Turan Tovuz"un baş məşqçisi bəlli oldu
17 may, 22 - 19:50326

XƏBƏR LENTİ

Mahmud Qurbanov da “Zirə” dedi, Rəşad Sadiqov da
21:1817 may
Pley-offun ilk mərhələsinin qalibləri müəyyənləşdi
20:4717 may
“Yenidən dünyaya gəlsəm, yenə futbolçu olmağı seçərdim” - MÜSAHİBƏ
20:1917 may
Fabreqas qəti qərara gəlib
19:5417 may
"Turan Tovuz"un baş məşqçisi bəlli oldu - ÖZƏL
19:5017 may
Mahir Emreliyə Xorvatiya çempionu olduğu üçün medal veriləcək? - ARAŞDIRMA
19:3717 may
Bütün fransalı legionerləri qabaqladı
19:1617 may
Bir oyunda 15 (!) seyv etdi və son 3 ilə damğa vurdu!
18:5617 may
Mane reytinq siyahısında Salahı arxada qoydu
18:3117 may
Nurlan İbrahimovun məsələsi yenə uzandı - ÖZƏL AÇIQLAMA
18:0517 may
Zambiyalılar Elxan Abdullayevin gözünü qorxudub - ÖZƏL
17:5017 may
"Şamaxı-2" gümüş medala yiyələndi - YENİLƏNİR
17:4417 may
İbrahimoviç yaşıl meydanı birdəfəlik tərk edəcək?
17:1817 may
"Baş məşqçi ilə ümumi durumu dəyərləndirəcəyik" - MÜSAHİBƏ
16:5417 may
Dünya Kuboku yarışlarında ölkəmizi təmsil edəcək komanda bu adlardan seçiləcək
16:5317 may
Kyellininin statusu ona həvalə olunacaq
16:3217 may
“Araz Naxçıvan”a böyük hesabla qalib gəlməli olan komanda indi belə bəhanələr axtarır” - Azər Bağırov
16:1917 may
EKOL dağıldı! - ÖZƏL
15:5717 may
"Sabah" və "Neftçi" basketbol çempionatında çıxış edəcək?
15:5417 may
Azərbaycanlı idman vəkili beynəlxalq təşkilata üzv oldu - AÇIQLAMA
15:3517 may
“Qəbələ” yeni legionerlərlə danışıqlara başlayıb - ÖZƏL
15:1717 may
Cokoviç 1000-ci qələbəsini qazandı
13:5817 may
"Çempionata başlayanda qarşımıza mükafatçılar sırasında yer almaq tapşırığı qoyulmamışdı" - AÇIQLAMALAR
13:3317 may
Nəticə olmayanda yumruqlar işə düşür...
13:1717 may
Vətən müharibəsinin qəhrəmanları “Araz Naxçıvan”ın sevincinə şərik çıxdılar - AÇIQLAMALAR
12:5617 may
“Barselona”nın sabiq vitse-prezidenti Bakıya gəlir - ÖZƏL
12:3517 may
“Azərlotereya” ASC “Bakı Marafonu-2022”-nin tərəfdaşı oldu
12:1917 may
"90 dəqiqə rəqibi təzyiq altında saxladıq" - Elxan Abdullayev
12:1017 may
Basketbol Fedarasiyasının yeni loqosu
11:5917 may
Federasiya rəsmisi Avropa çempionatının oyunlarına təyinat aldı
11:4617 may
Messi "İnter Mayami"yə keçəcək
11:2717 may
"Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin trasında dəyişiklik edilib
10:4817 may
Zəfər Kubokunda 2-ci turun oyunları keçirilib - FOTOLAR
10:3017 may
"Qarabağ" haqqında kitabın ingilis versiyası satışda
10:1317 may
Gündoğan "Siti"dən ayrılmağa hazırlaşır
09:4417 may
"Çelsi" müdafiəçisi ilə yollarını ayırır
09:3017 may
Azərbaycan nümayəndəsi yüksək hakimlik dərəcəsi qazandı
09:2017 may
Beyl "Real"dan gedir
23:4316 may
Karateçimiz Mərakeşdə bürünc medal qazandı
23:2416 may
Azərbaycan gimnastları Portuqaliyada 2 medal qazanıb
22:5316 may
"Qarabağ"ın futbolçusu milliyə dəvət edildi
22:3516 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə