Sizin reklam burada

Türk mütəxəssis yığmaya təqdim olundu

Baxış Sayı:728

Türk mütəxəssis yığmaya təqdim olundu
Kişilərdən ibarət kumite yığmamıza yeni baş məşqçi təyin olunub. Bundan sonra karateçilərimizi türk mütəxəssis Bahəttin Kandaz çalışdıracaq. Yeni baş məşqçini dünən heyətə təqdim edən Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qarşıya qoyulan məqsədələrə nail olmaq üçün ona uğurlar arzulayıb. Millimizdə çalışacağından şərəf duyduğunu deyən Kandaz Azərbaycan karatesinin dünyadakı imicini qorumağa çalışacağını və hədəflərə çatmaq üçün qazandığı təcrübəni əsirgəməyəcəyini bildirib. O, fəaliyyət planı barədə qısa məlumat verib və nəzərdə tutulan işlərin müsbət nəticələrə səbəb olacağına inandığını söyləyib.
1968-ci il iyunun 25-də Türkiyənin Girəsun şəhərində dünyaya gələn Kandaz İstanbulda Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1982-dən karate ilə məşqul olan mütəxəssis 20 illik idmançı karyerasında dünya və Avropa çempionatlarının mükafatçısı, həmçinin klublararası dünya və Avropa çempionu olub. 2006-cı ildən məşqçi kimi fəaliyyətə başlayıb və 2014-də İsveçrənin Bazel şəhərinə klub məşqçisi kimi işləməyə dəvət olunub. Bir neçə yetirməsi dünya və qitə çempionatlarının qalibi və mükafatçısı olub. Üç ay əvvəl Böyük Britaniyaya məşqçi kimi dəvət alsa da, yığmamıza üstünlük verib. Böyük Britaniyada isə məsləhətçi kimi işləməyə razılıq verib. Onun millimizin “sükanı arxasında” ilk rəsmi yarışı yanvarın ikinci yarısında Fransada ilin ən nüfuzlu Karate1 Premyer Liqa tirniri olacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR